Haqqımızda

Əziz oxucular!

Anadil.az adını təbiətdən alır.

Anadil – adətən, gecələr ötən, özünəməxsus səsi və nəğmələri ilə sanki qaranlığın qəlbini dələrək onu aydınladan quşun adıdır.

Mədəniyyətin, incəsənətin əzəli və əbədi missiyalarından biri, bəlkə də, birincisi elə bu deyilmi? Qaranlığa kibrit çaxmaq, onu işıqlandırmaq!

Saytımızın 2022-ci il mayın 28-də – ilk Cümhuriyyətimizin 104-cü ildönümündə fəaliyyətə başlaması da təsadüfi deyil. 28 Mayın ən böyük anlamı da elə İşıqdır, Aydınlıqdır.

İşıq, aydınlıq isə ana dilimizdə həm də Maarif deməkdir, Yüksəliş deməkdir.

Əziz oxucular!

İşığa, Aydınlığa xidmət üçün yola çıxan saytımızda siz, başda ədəbiyyat olmaqla, mədəniyyət və incəsənətin müxtəlif sahələri üzrə bir-birindən maraqlı materiallarla – yerli və xarici müəlliflərin yaradıcılığından nümunələrlə tanış olacaq, sənətin ən müxtəlif sahələrinə dair araşdırmalar, esselər oxuyacaqsınız.

Bundan başqa, saytımız mədəniyyət və incəsənətə dair xəbərlər, reportajlar, müsahibələr, foto və videomateriallar yayımlanacaq.

Saytımızın qurucusu və baş redaktoru Elnur Astanbəylidir.
XƏBƏRDAR