Anadil Türkiyənin tanınmış şairi Ataol Bəhramoğlunun Ukraynaya qarşı hərbi işğal əməliyyatı aparan Rusiya Prezidenti Vladimir Putinə yazdığı açıq məktubu təqdim edir:
XXX
Hörmətli Vladimir Vladimiroviç Putin,
Rusiyanın dövlət başçısı,
2007-ci ildə Kremldə “Puşkin Medalı”nın təqdimedilmə mərasimində qarşılaşmışdıq, bilmirəm, xatırlayırsınızmı?
Ziyafət başlamamış mən böyük salonun ortasındakı masanıza yaxınlaşıb “Puşkin Medalı”na layiq görülən Türk şairi kimi özümü tanıtdım. Puşkindən tərcümə etdiyim şeirlər kitabını imzalayıb sizə hədiyyə etdim.
Mənə təsir edən sizin nəzakətinizdən çox masanıza yaxınlaşan şairi – məni ayaqüstdə qarşılayıb, o cür də yola salmağınız olmuşdu.
Hörmətli Vladimir Putin,
Rus ədəbiyyatı haqda yazdığım kitablar, tərcümələr, yazılarım və akademik kimliyimlə Böyük Rus mədəniyyətinin və ədəbiyyatının Türkiyədə tanınması naminə sevgiylə, qürurla çalışmışam.
Başda Puşkin və Lermontov olmaqla böyük rus şairlərinin Ruscadan Türkcəyə tərcümə və nəşr edilməsi üçün çalışan, Beynəlxalq “Puşkin Medalı”nı fəxrlə daşıyan bir türk şair kimi dövlət başçısı olduğunuz Rusiyanın öz doğma qardaşı Ukrainaya qanlı müdaxiləsini böyük kədər və narahatlıqla izləyirəm.
Bu müdaxilənin səbəbləri haqda müəyyən fikrim, qənaətim var, şübhəsiz ki, çox şeyin fərqindəyəm.
NATO-nun və başda Amerika Birləşmiş Ştatları olmaqla Qərb bloqunun Sovetlər Birliyi dağılıb Varşava Paktı ortadan götürüldükdən sonra indi də Rusiyanı siyasi-iqtisadi baxımdan düşmən kimi hədəfə qoyub, təşviqedici hərəkətlərlə ölkənizi zəiflətməyə, gücdən salmağa çalışdıqlarını düşünürəm.
Ukraynaya müdaxilə etdiyiniz üçün hazırda dünyada Rusiyaya, Rus mədəniyyətinə, Lev Tolstoy, Fyodor Dostoyevski kimi dünyəvi ədəbiyyatın nəhəng simalarına, Rus yazıçılarına, Pyotr Çaykovski kimi böyük, humanist bir yaradıcıya, ölkənin sərhədlərindən kənarda işləyən rus sənət adamlarına qarşı göstərilən kobudluqları, hörmətsizliyi kədərlə, təəssüflə qınayıram.
Mən ölkənizin və mədəniyyətinizin dostu olan vicdanlı hər şəxs kimi bu qanlı müdaxiləyə haqq verə bilmərəm.

Hörmətli Vladimir Putin,
İllər öncə Moskva Dövlət Universitetində Rus ədəbiyyatı üzrə magistr təhsili alan bir gənc idim. Bir axşam otaqdan çıxanda bayırda qar yağdığını gördüm. Qar elə yağırdı, elə bil göydən ipək axıb tökülürdü. Həmin vaxt küçədə qarın altında balet oynayırmış kimi bir havayla süzüb keçən qızdan təsirlənərək otağa qayıtdım və “Dümağ, ipək kimi qar yağdı” adlı şeir yazdım.
İndi günlərdir ki, Kiyevə qar yağır. Təəssüf ki, bu qar o qardan deyil!
Bu qar bilirsiniz nəyə oxşayır? Bu qar İkinci Dünya müharibəsi illərində ölkəniz faşist Almaniyasının işğalı altında olarkən yağan qanlı qara bənzəyir.
Ölkənizin, insanlarınızın o illərdə yaşadığı ağrıları, əzabları təsvir edən Tvardovski, Surkov, İsakovski və şəxsən dostluq etmək şərəfinə nail olduğum Simonov kimi böyük Rus şairlərinə Türk dilində həyat vermiş, türk oxucuya tanıtmış, dilinizin, ədəbiyyatınızın, mədəniyyətinizin dostu olan bir şair kimi sizdən dərhal bütün bu əzablara son verilməsini, yaraların sarılmasını, ev-eşiyini tərk etmiş, tərk etməkdə olan Ukraina vətəndaşlarının ölkələrinə qayıtmasının təmin edilməsini gözləyir və tələb edirəm.
Bu sizin üçün geri addım atmaq sayılmaz. Bu addım ölkənizin böyük və humanist ədəbiyyatı, sənəti, mədəniyyəti və böyük ağrı-acılardan keçmiş Rus xalqı qarşısında könül borcunuzdur…
Asya-Afrika Yazıçılar Birliyinin “Lotus”, Avropanın “Homer” və Rusiyanın “Puşkin Medalı” mükafatçısı
Ataol Bəhramoğlu
/Qaynaq: voicepress/
Anadil.az