52,8 milyon dollara satılan PORTRET

Böyük Britaniyanın məşhur rəssamı və mütəfəkkir Frensis Bakonun “Lüsian Freydin portreti” adı ilə məşhur olan əsəri bu ölkənin ən böyük auksion evlərindən biri - Sotheby's tərəfindən hərraca çıxarılıb və rekord qiymətə satılıb.

Portret janrında çəkilmiş əsər Londonda təşkil edilən hərracda 52,8 milyon dollara müştəri tapıb.

Anadil xəbər verir ki, Frensis Bakon bu portreti 1964-cü ildə çəkib. Əsərdə təsvir olunan şəxs - Lüsian Freyd onun dostu olub.

Portret Bakonun çəkdiyi trilogiyanın bir hissəsidir. Həmnin trilogiyanın hissələrindən biri Yerusəlimdəki muzeydə, digəri isə şəxsi kolleksiyadadır.

Sotheby's-dən bildiriblər ki, “Lüsian Freydin portreti” hərraca qədər şəxsi sənət kolleksiyalarından birində düz 40 il ictimaiyyətdən gizlədilib.



Anadil.az
Oxunub: 196
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR