Anadil Hollivudu kino mərkəzinə çevirən və dünyanınn ilk film bizinesmenlərindən olan Sesil Demil haqqında yazını təqdim edir:
XXX
Hollivudun adını eşidəndə ehtimal ki ilk olaraq işıqlar, kameralar, kino ulduzlar və eyləncələrlə dolu bir yer haqda düşünürsünüz. Əyləncə biznesi dünyasında vacib insanlar yalnız tanınmış aktyorlar deyil. Bu gün Hollivudda çoxsaylı prodüser və direktor fəaliyyət göstərir. Buna baxmayaraq, onlardan çox azı Hollivudun ilk film bizinesmenləri Sesil Demil, Samuel Qoldvin və Louis Mayer kimi uğur və məşhurluq qazanıblar. Onlar Hollivudun film mərkəzi olmasına kömək ediblər.
Bu gün yuxarıda adları çəkilənlərdən Sesil Demili daha yaxından tanıyacağıq.
Sesil Blount Demil 1881-ci ildə Massaçusets ştatının Aşfield şəhərində anadan olub. Onun hər iki valideyni tamaşa üçün ssenari yazırmış.12 yaşında olarkən atası dünyasını dəyişir və anası teatr şirkəti yaradaraq ailəni bir yerdə saxlayır. Sesil şirkətə aktyor qismində qatılır.
1913-cü ilə kimi o, anasının şirkətinə aktyor və menecer kimi çalışır. Həmin il Sesil Cesse Laski Tamaşa Kompaniyasını yaratmaq üçün Cesse Laski və Samuel Qoldfişə qoşulur. Daha sonra Qoldfiş adını dəyişdirərək Samuel Qoldvin olur.
Onlar dərhal bədii filmin hazırlanmasına başayırlar. Onlar kino biznesində işləməkdən həzz alır. Laski, Qoldfiş və Demil yaradıcılıq və maliyyə imkanları barədə düşünür. Onlar Amerika qərb tamaşası olan “Squaw man”ın bədii film versiyası üzərində işləyirlər. Sesil təkid edir ki, kino real Amerika Qərbində hazırlansın. O, Arizona ştatının Flaqstaf şəhrini seçir. Demil və şirkət Flaqstafa qatarla gedir. Oraya çatanda Demil ərazinin həddən artıq müasir olduğunu görür. Onlar qatarla geri qayıdır və son dayanacağa kimi səfər edirlər. Onlar kaliforniyanın cənubunda kiçik və sakit bir şəhərə çatırlar...
Şəhər Hollivud adlanırdı. Demil qərara alır ki, bura filmin çəkilişləri üçün mükəmməl yerdir.

“Squaw Man” filmi Hollivudda hazırlanan ilk tam ölçülü kinolardan biridir. 1913-cü ildə buraxılan bu film qısa vaxt kəsiyində böyük uğur qazanır. Demil Hollivudun kino biznesi mərkəzi olmasında əsas fiqur hesab edilir.
O, tezliklə yeni film sənayesdində yaradıcı qüvvəyə çevrilir. Demilin uğuru “Brewsters millions”, “The call of the North” və “The Trail of the Lonesome Pine” kimi ekran əsərləri ilə davam edir.
Həmin dövrdə cəmi bir neçə kino yaradıcısının adı filmin adından öndə çəkilirdi. Sesil Demil də onlardan biri idi. Onun adı kino həvəskarlarına filmdə iştirak edən ulduzlardan daha önəmli idi. Demilin filmləri zəngin görüntüləri ilə tanınırdı. O, çoxlu döyüş, triller səhnələrini birləşdirir və yüzlərlə aktyorun iştirakına şərait yaratmaqla Hollivudun ən yaxşı filmlərini ərsəyə gətirirdi. O,qərb, komediya və romantika kimi müxtəlif üslublu çoxsaylı kino lentə alıb.
Sesil epik janrlı filmlərdən də böyük uğur qazanıb. Bu janr tarixi hadisələrin hekayətlərindən bəhs edir. Demilin epik filmləri amerikalıların qərbdə məskunlaşması, Roma tarixi və İncildən olan hekayətlərə əsaslanır. Onun ilk tarixi janrda olan filmi “The Ten Commandments” 1923-cü ildə səssiz filmlər arasında böyük uğur qazanır. 1956-cı ildə o həmin filmin yeni – səsli versiyasını buraxır. Film bu gün də xristianların Pasxa bayramı zamanı Amerika telekanallarında nümayiş etdirilir.
Sesil Demil ümumilikdə 70 film çəkilib. O, 1945-ci ildə “37 illik möhtəşəm şoumenliyə” görə xüsusi Oskar mükafatı alıb.
Demil 1959-cu ildə ürək çatışmazlığından dünyasını dəyişib.
Karifeyin son filmlərindən biri “The Greatest Show on Earth” adlanır. Bu film 1952-ci ildə "Ən yaxşı film" nominasiyasında Oskar mükafatına layiq görülüb. Bu kino sirkdə nömrələr göstərən insanlara həsr olunub.
Anadil.az