Anadil indiyədək rekord qiymətə satılan 10 rəsm əsərini təqdim edir:
XXX
1. Fransız post-empressionisti və səyyahı Paul Sezan (Paul Cézanne) modern sənətin atası adlandırılır. O, 1839 - 1906-cı illərdə yaşayıb.
Sezanın 1890-cı illərdə çəkdiyi və çox sonralar Qətər kral ailəsi tərəfindən 250 milyon dollara alınan "Kart oyunçuları" ("Les Joueurs de cartes") adlı tablosu , hazırda Parisdəki qalereyalardan birində - Musee d'Orsay-da nümayiş etdirililyir.

2. XX yüzilliyin tanınmış rəssamlarından biri olan, abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi sayılan və özünəməxsus drip-peyntinq üslubu ilə şöhrət tapan amerikalı Pol Cekson Pollokun (Jackson Pollock) "No.5, 1948" adlı məşhur tablosunun dəyəri 140 milyon dollardır. Alkoqolizmdən əziyyət çəkən rəssam cəmi 44 il yaşayıb – 1956-cı ildə düşdüyü avtoqəzada ölüb.

3. XX əsrin ikinci yarısının ən məşhur rəssam və heykəltəraşlarından, bir az da dəqiqləşdirsək, abstrakt ekspressionizmin liderlərindən biri olan holland sənətçisi Villem de Kuninqin (Willem de Kooning) 1953-cü ildə bitirdiyi qadın fiquru (“Woman III”) 2006-cı ildə 137.5 milyon dollara satılıb.
Ümumiyyətlə isə Kuninqin qadın rəsmləri nəinki sağlığında, elə ölümündən sonra da ciddi mübahisə və müzakirə mövzusudur. mövzusudur.
Qeyd edək ki, məşhur rəssam 1997-ci ildə 94 yaşında vəfat edib.

4. 1862 – 1918-ci illərdə yaşamış avstriyalı simvolist rəssam Qustav Klimtin (Gustav Klimt) 45 yaşında ikən çəkdiyi "Adel Blox-Bauer I-in portreti" ("Portrait of Adele Bloch-Bauer I") 2006-cı ildə Nyu-Yorkda 135 milyon dolara Ronald S.Lauder adlı şəxsə satılıb. Tablo hazırda həmin şəhərdəki qalereyalardan birində (Neue Galeri) nümayiş olunur.

5. Amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi Mark Rotkonun 1951-ci ildə, 48 yaşında ikən çəkdiyi "Bənövşəyi, yaşıl, qırmızı" ("No.6: Violet, Green and Red") əsəri xüsusi hərracda rus əsilli iş adamı Dimitri Rıbolovlev tərəfindən 186 milyon dollara alınıb. Bu rəsm abstrakt ekspressionizmin ən yaxşı nümunələrindən biri hesab olunur. Rəssam 67 il yaşasa da, əsərləri ona ölümsüzlük qazandırıb.

6. XX əsr incəsənətinin əfsanəvi simalarından olan Pablo Pikassonun (1881, İspaniya – 1973, Fransa) əsərlərinə maraq həmişə böyükdür. Onun ən məşhur əsərlərindən biri 1934-cü ildə çəkdiyi "Əlcəzair qadınları" ("Women of Algiers") tablosudur. Bu əsər Böyük Britaniyanın "Christie's" hərrac evi tərəfindən 179,3 milyon dolara satılıb.

7. Pablo Pikassonun başqa bir məşhur rəsmi – "Yuxu" ("Le Rêve") isə 1932-ci ildə çəkilib. Bu tablo 2013-cü ildə Steven A.Koen adlı bir amerikalı tərəfindən 155 milyon dollara satın alınıb. Rəsmdə Pikasso ovaxtkı fransız məşuqəsi Mariya-Tereza Uolteri yatarkən təsvir edib.

8. Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltəraş, memar, musiqiçi və yazıçı Leonardo di ser Pyero da Vinçi (Leonardo di ser Pyero da Vinçi) 1452 – 1519-cu illərdə yaşayıb. O, İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsidir və İkinci minilliyin adamı seçilmişdir.
Leonardo da Vinçinin məşhur əsərlərindən olan "Dünyanın xilaskarı" ("Salvator Mundi") rəsmini 1506 – 1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkilib. XVII əsrdə bu tablo İngiltərə kralları I Karl və II Karlın sarayını bəzəyib. Əəsr XIX əsrin ikinci yarısında itsə də sonradan, 2005-ci ildə nəhayət ki, tapılıb.
Uzun müddət belə ehtimal edilirdi ki, "Dünyanın xilaskarı"nı Leonardo da Vinçi özü yox, onun şagirdlərindən biri çəkib. Lakin restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsusluğunu təsdiqlədilər.
Tablo 2017-ci ilin noyabrında, Londonda keçirilən auksionda bu əsər rekord qiymətə – 450 milyon dollara satılıb. Alıcının kimliyi açıqlanmayıb.
Hazırda Birleşmuiiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə açılan Luvr muzeyində nümayiş etdirilən "Dünyanın xilaskarı" ilə bağlı daha bir maraqlı fakt: bu tablonun 1958-ci ildə Londondakı başqa bir hərracda vur-tut 60 dollara satıldığı üzə çıxıb...

9. Yuxarıda haqqında bəhs etdiyimiz Villem de Kouninqin başqa bir əsəri –"Mübadilə" ("Interchange") dünyanın ən bahalı abstrakt tablosu sayılır. Bu rəsm 2015-ci ildə Çikaqoda təşkil olunan açıq hərracda özünə 300 milyon dollarlıq alıcı tapmışdı. Hazırda həmin əsər Çikaqo İncəsənət İnstitutunun (Art Institute of Chicago) qalereyasında nümayiş etdirilməkdədir.

10. Məşhur fransız boyakarı, postimpressionizm və primitivizm cərəyanının görkəmli nümayəndəsi Pol Qogen (Henri Paul Gauguin) "Mənimlə nə vaxt evlənəcəksən?" ("Nafea Faa Ipoipo?") adlı rəsmi dünya incəsənətinin ən yaxşı nümunələrindən biri sayılır. Qogen bu tablonu 1892-ci ildə - ölümündən 11 il öncə, 44 yaşında olarkən yaradıb.
Əsər 2015-ci ilin fevralında "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Alıcısı isə Qətər şeyxlərindən biri olub. O, tablonu 300 milyon dollara satın alıb.

Anadil.az