Anadil Mahir Mehdinin şeirini təqdim edir:
XXX
... Gedən itər yerişindən,
məndə danışar
hər susan.
Alt qatından
mən çıxaram,
üzünü yaxşıca yusan.
Hər küncündə
fit çalaram,
suya çəksən yaddaşını.
Çölü səninki
olsa da,
mən işlədərəm başını.
Qoşalaşdıqca,
dönərsən
ikiləşən BİR itkinə...
Söhbətinə şərik çıxıb,
səsim soxular nitqinə.
...Götürüb sənin olanı
ensən özündən
dərinə,
bir səhər məni görərsən
bu güzgüdə
öz yerinə...
Anadil.az
XXX
... Gedən itər yerişindən,
məndə danışar
hər susan.
Alt qatından
mən çıxaram,
üzünü yaxşıca yusan.
Hər küncündə
fit çalaram,
suya çəksən yaddaşını.
Çölü səninki
olsa da,
mən işlədərəm başını.
Qoşalaşdıqca,
dönərsən
ikiləşən BİR itkinə...
Söhbətinə şərik çıxıb,
səsim soxular nitqinə.
...Götürüb sənin olanı
ensən özündən
dərinə,
bir səhər məni görərsən
bu güzgüdə
öz yerinə...
Anadil.az