Ay küçə, bu gecə bir qərib keçəcək səndən... - Rauf Qaraişığın ŞEİRİ

Anadil Rauf Qaraişığın "Gecə, küçə və başqaları şeirini təqdim edir:

XXX

Ay küçə,
Bu gecə
Bir qərib keçəcək səndən,
Diksinib eləmə -
ayaqları yalındı...

Ay gecə,
Bu küçəynən,
Böyründəki küçüynən
Bir qərib keçəcək səndən.
Çağırıb eləmə -
"Qabırğası qalındı".

Ay gecə!
Ay küçə!
Ay küçük!
Bu gün sizdən
Bir qərib keçəcək.
Qəbrinə sarı gedəcək.
Yalvarıb eləməyin -
Zalım oğlu zalımdı!..


Anadil.az
Oxunub: 219
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR