Anadil tarixçi Yadigar Sadıqlının "Albaniya - bunkerlər ölkəsi" yazısını təqdim edir:
XXX
Albaniya 1944-cü ilin noyabrında almanlardan azad edildikdən sonra hakimiyyətə kommunistlər gəldi. Ölkənin yeni rəhbəri, müsəlman-bektaşi kökənli Ənvər Xoca Albaniyanın işğaldan azad olunmasında göstərdiyi köməyə görə Yuqoslaviya partizanlarının lideri İosip Broz Titoya və təbii ki, Stalinə təşəkkür etdi.
Bir müddət sonra Stalin və Titonun münasibətləri korlananda Xoca birincinin tərəfini tutdu və Yuqoslaviya ilə münasibətlər kəsildi. Bir kommunist rejimli ölkənin əsas düşməni digər kommunist rejimli ölkə oldu.
Xruşşov zamanı Stalinin şəxsiyyətinə pərəstiş pisləniləndə və destalinizasiya aparılanda Xoca SSRİ ilə əlaqələri kəsdi və Çinlə yaxınlaşdı. Bir müddət Çin Xalq Respublikasının BMT-də maraqlarını Albaniya ifadə edirdi (Çin adı ilə BMT-də Çan Kayşinin rəhbərlik etdiyi Tayvan təmsil olunurdu).
1970-ci illərin əvvəllərində isə Çin-ABŞ münasibətləri istiləşəndə Albaniyanın Pekinlə də münasibətləri tədricən pisləşdi, Mao Tszedunun ölümündən sonra aparılan islahatlara görə, demək olar, tam kəsildi.
Qeyd etmək lazımdır ki, Yuqoslaviyadan fərqli olaraq, Albaniya SSRİ ilə düşmən olduqdan sonra Qərblə yaxınlaşmadı. Yalnız Fransa ilə nisbətən normal münasibətlərə malik idi.
Beləcə, Ənvər Xoca bütün dünya ilə düşmən oldu və yatıb yuxuda da ölkəsinə hücum edildiyini görürdü. Nəticədə bütün ölkə boyu bunker tikintisinə təkan verildi.
Həmin bunker deyilənlər əslində rus dilində abbreviatura əsasında DOT (долговременная огневая точка – uzunmüddətli atəş nöqtəsi) kimi tanıdığımız tikili idi. Bunkerlər ölçülərinə görə kiçik, orta və böyük olanlara bölünürdü. Onlar ölkənin hər yerində - dəniz sahilində, otlaqlarda, əkin sahəsində, yaşayış məntəqələrinin ortasında – tikilirdilər. 1977-1981-ci illərdə xüsusilə vüsət alan bunker tikintisi ÜDM-nin 2 faizini təşkil edirdi.
Albaniyadakı bunkerlərin ümumi sayı barədə müxtəlif mənbələrdə müxəlif məlumatlara rast gəldim. BBC-də gedən bir məqalədə onların 500 min olduğu göstərilir. Başqa mənbələrdə 600 min, 700 min, hətta 900 min kimi rəqəmlərə rast gəlmək olur.
Tiranadakı tiran Ənvər Xoca 1985-ci ildə öldü. Bir qədər sonra Şərqi Avropanın hər yerində olduğu kimi Albaniyada da kommunst rejimi çökdü. İndi albanlar ölkənin hər yerində göbələk kimi rast gəlinən bunkerlərin əlində naçar qalıblar. Onların sökülməsi ucuz başa gəlmir. Hələ ki, turizmə maneçilik törədən yerlərdə - dəniz sahillərində sökürlər. Başqa yerlərdə qalıb.
Albanlar onlardan müxtəlif məqsədlər üçün istifadə edirlər. Məsələn, kiçik bunkerlər anbar, orta ölçülülər tövlə kimi istifadə olunur, böyüklərində isə hətta məskunlaşıb yaşayanar var.
Anadil.az