Azərbaycanlı olduğu deyilən əfsanəvi Britaniya müğənnisi ilə bağlı 15 AĞLASIĞMAZ FAKT

Bu gün Böyük Britaniyanın əfsanəvi müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri, daha çox “Queen” qrupunun solisti kimi tanınan Freddi Merkurinin doğum günüdür.

O yaşasaydı 76 yaşı tamam olacaqdı.

Anadil azərbaycanlı olduğu iddia edilən F.Merkuri ilə bağlı maraqlı faktları təqdim edir:

XXX

Parlaq səhnə performansı və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşan Freddi 1946-cı ildə Tanzaniyanın Zənzibar adasında anadan olub.

Valideynləri Bomi və Cer Bulsara Hindistana köçən Pars Zərdüştləri olub. Onlar Hindistandan Zənzibara Bominin Britaniya Koloniya İdarəsindəki işləri ilə əlaqədar immiqrasiya ediblər.

***
Merkurinin valideynlərinə məxsus “Bulsara” soyadı Hindistanın Qucarat ştatındakı Bulsar (Valsad) şəhərinin adından götürülüb.

***
Merkuri 1991-ci ilin 24 noyabr tarixində gözlərini əbədi olaraq yumub. Ölümünün əsl səbəbi kimi QİÇS-dən əmələ gəlmiş sətəlcəm xəstəliyi göstərilir.

Azərbaycanlı olduğu deyilən əfsanəvi Britaniya müğənnisi ilə bağlı 15 AĞLASIĞMAZ FAKT


***
Freddi mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni həmin dinin qayda-qanunları əsasında həyata keçirilir. Cənazəsi Kensal adında Yaşıl Qəbirsanlıqda yandırılıb amma, külünün yerləşdiyi yer hələ ki, heç kimə məlum deyil. Bu barədə bir qədər sonra...

***

Freddinin ilk adı Fərrux olub. “Gözəl”, “xoşbəxt” anlamına gəlməsinə baxmayaraq, sənətçi uşaqlıqdan bu adı bəyənmirdi, ona görə də hamıya deyirdi ki, onu Freddi çağırsınlar. 1970-ci ildə isə adını rəsmi şəkildə dəyişdi.

***

Ölməz müğənniyə musiqi sevgisini bibisi aşılayıb. Onun evində fortepiano vardı və qadın, Freddiyə onda ifa etməyi öyrədirdi. Ancaq Freddi heç vaxt özünü yaxşı pianoçu hesab etməyib.

Merkuri ilk rok qrupunu hələ məktəbdə oxuduğu zamanlarda – 1958-ci ildə yaratmışdı. “The Hectics” adlanan qrup məktəbdə keçirilən tədbirlərdə çıxış edirdi.

Daha çox Freddinin adı ilə assosiasiya edilən "Queen" qrupu isə 1970-ci ildə Smayl qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Merkuri tərəfindən Londonda yaradılıb. 1 il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanıb. 70-ci illərin sonlarında məşhurlaşan qrup indiki dövrə qədər geniş heyran kütləsinə sahibdir. Nə qədər nəzərə alınmasa da qrupun arena rok, qlem rok, hard rok, heavy metal, pop rok kimi tərzlərin inkişafında böyük rolu olub. 1999-cu ildə "Channel 4" telekanalı tərəfindən keçirilən `Music of the Millenium sorğusunda "Queen" planetin ən yaxşı ikinci qrupu seçilib.

Bu qrupun 18 albomu 18 sinql 8 DVD-si dünya üzrə məşhurluq qazanıb və ən çox albom satan qruplar arasında yer alıb.

"Queen" bütün dünyada 300 milyon albom satıb.


"Queen" qrupu

***
Əfsanəvi sənətçinin doğulduğu ailənin Azərbaycan əsilli olması da iddia edilir.

Lakin hazırda onun 70 yaşında olan bacısı Kəşmirə bu iddiaları qəbul etmir: "Freddi də Hindistandan olan pars idi. O, Fərrox Bulsara adı altında dünyaya gəlib və zərdüştiliyə etiqad edən pars idi!"


Freddinin bacısı Kəşmirə

***
Kəşmirənin dediyinə görə, Freddi çox utancaq biri imiş: " Amma həm çox sevimli, həm də gözəl idi. Mən yaxşı xatırlayıram ki, bir gün o mənə gül almışdı. Gülü mənə verdi və bərk qucaqlayıb dedi: “Kaş, sən mənim ən yaxşı bacımsan”.

Kəşmirə daha sonra deyib: "Mənim qardaşım kim olduğunun axtarışında idi… Onun musiqi sahəsinə böyük təsiri oldu. Freddi özü idi. Özü olmaq isə yaxşı bir örnəkdir".

***
Bəzi iddialara görə, sevgilisi Meri Ostindən başqa heç kim əfsanənin harada dəfn olunduğunu bilmir.

Meri Freddinin həm ilham pərisi, həm də ən böyük məhəbbəti idi. Freddi bütün mahnılarını ona həsr edir, sirlərini yalnız onunla bölüşürdü. Məhz Meri Merkurinin yeganə varidatı və son arzusunu yerinə yetirən qəhrəmanı idi. Freddi dəfn olunacağı yerdən heç kimin xəbər tutmağını istəmirdi. Meri isə onun bu arzusunu gerçəkləşdirdi...

Belə ki, ölümünə yaxın Freddi Meriyə deyib: "İstəsəm, Misirin piramidasını da Keninqstona (ABŞ-da yaşadığı şəhər – red.) gətirə bilərəm. Amma buna ehtiyacım yoxdur".

Bir sözlə, Freddi ölümüdən sonra tamamilə itib-batmağı arzulayırdı.


Freddi sevgilisi Meri ilə

***
Deyilənə görə, Merkuri cəsədinin qəbirdən çıxardılıb suvenir kimi evləri bəzəyəcəyindən qorxurmuş.

Sonda Meri sevgilisinin ən böyük istəyini yerinə yetirir. 24 noyabr 1991-ci ildə Freddi bu dünyadan əbədi köçür və sevgilisi həm dünya şöhrətli ulduzun yasını tutur, həm də onun son arzusunu gerçəkləşdirmək üçün ilk addımı atır. Zərdüşt adətlərinə uyğun qədim Avesta dilində səslənən dualarla müşayiət olunan ayin bitdikdən sonra Meri sevimli Merkusinin külü ilə dolu dolçanı öz yataq otağına gətirir. Lakin uzun müddət acı xatirələrlə dolu həmin otağa girməyə cəsarət etmir.

Yalnız iki il sonra xanım Ostin gücünü toplayıb sevgilisinin külünü təyinat nöqtəsinə, yəni hamıdan gizlədiyi məzarına aparır.

Meridən hər dəfə həmin günlə bağlı xatirələrini soruşanda cavabı belə olurdu: "Həmin gün evdən elə çıxdım ki, nə xidmət personalı, nə də qonşular şübhələnsin. Bilirsiniz də, cüzi narahatlıq dedi-qoduya, medianın xəbər tutmasına səbəb ola bilərdi. Bu isə hər şeyin sonu demək idi".

Yuxarıda da vurğulandığıl kimi, Freddi qorxurmuş ki, fanatları məzarını darmadağın edərlər. Belə faktlar az deyil.

Bir sözlə, Meri əhdinə sadiq qalır və Freddinin harada basdırıldığını ondan başqa hələ də heç kim bilmir.

Xanım Ostin əfsanəvi sənətçinin valideynlərini son duaya çağırsa da, dəqiq dəfn ərazisini hətta onlardan da gizlədir...

***
Freddi haqqında az bilinən faktlardan biri də odur ki, o, uşaqlıqdan filateliya ilə maraqlanıb və 1993-cü ildə Böyük Britaniyanın Poçt muzeyi onun marka kolleksiyasını satın alıb. Satışdan gələn gəlir Freddi Merkuri tərəfindən təsis olunmuş QİÇS-lə mübarizə xeyriyyə fonduna köçürülüb.


Freddinin markaları

***
Freddi ölməz musiqiçilər Con Lennonla Elvis Preslini öz kumirləri hesab edirdi.

Bundan başqa, o özü kimi əfsanəyə çevrilən Uels şahzadəsi və Böyük Britaniya krallığının vəliəhdi Çarlzın ilk həyat yoldaşı ledi Diana (1961 - 1997) ilə yaxın dost idi.

***
Freddi Yaponiyanı çox sevirmiş. Dediyinə görə, orada enerji yığırdı.

***
Əfsanəvi sənətçi özü ilə həmişə içində dostlarının ad günləri yazılmış bloknot olan çanta gəzdirirdi. Merkuri ailə ənənələrinə ehtiramla yanaşır, pişikləri sevir, istiotlu yeməklərə üstünlük verir, pəhriz saxlamır və idman zalına getmirdi.

***
Yeri gəlmişkən, Freddinin yaşadığı bütün mənzillərdə kiçik idman zalları olduğuna baxmayaraq, musiqiçi onlardan heç vaxt istifadə etməyib. Həmin zallar sənətçinin dostlarının rahatlığı üçün qurulurmuş.


Hazırladı:

Elçin ŞAHMURAD,

Anadil.az
Oxunub: 586
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR