Azərbaycanda fəaliyyət göstərən 27 dövlət və 10-dan artıq müstəqil (bir qismi özəl statusla) teatr yeni mövsümə başlamağın həyəcanını yaşayır. İlk iki həftəni hazırlıq-məşq, bərpa tamaşalar üzərində işə həsr edən yaradıcı heyətlər əsas etibarilə sentyabrın 15-dən sonra pərdələrini açacaqlar.
Anadil ölkə teatrlarının yeni mövsümə start verəcəyi tarix və tamaşalar barədə məlumatları təqdim edir:
XXX
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ənənəsinə sadiq qalaraq özünün 114-cü mövsümünü sentyabrın 18-də – Milli Musiqi Günündə (Üzeyir musiqi günü) açacaq. Yaradıcı heyət həmin gün Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasını nümayiş etdirəcək.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi səhnə əsərində Məcnun rolunu Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə gənc solist, Əməkdar artist Arzu Əliyeva ifa edəcək. Digər rolları Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və başqaları canlandıracaq. Tamaşanı dirijor Sevil Hacıyeva idarə edəcək.
Sentyabrın 22-də isə Qara Qarayevin “Yeddi gözəl” baleti oynanılacaq. Dahi şair, mütəfəkkir Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında yazılmış bu səhnə əsəridahi bəstəkarın 90 illiyi münasibətilə tamamilə yeni quruluşda səhnələşdirilib. Tamaşanın quruluşunu beynəlmiləl yaradıcı heyət həyata keçirib. Libretto müəllifi Yana Temiz, quruluşçu baletmeysteri Vasili Medvedev, quruluşçu rəssamı Dmitri Çerbadjidir.
Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, həmçinin Anar Mikayılov, Timur Oduşev, Edvard Arazov, Samirə Səmədova, Elmira Süleymanova, Failya Bolqarova, Leyla Nərimanidze, Cəmilə Kərimova, Ayan Eyvazova və digərləri ifa edirlər. Tamaşaya Xalq artisti, professor Cavanşir Cəfərov dirijorluq edir.
***
Akademik Milli Dram Teatrı da yeni mövsümün ilk ayının repertuarını təqdim edib. Kollektiv sentyabrın 23-24 və 25-də ötən mövsümün sonuncu premyerası – 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərovdur.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış edəcəklər.
***
113-cü mövsümünü açacaq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı sentyabrın 27-də “Bir nəfəs qədər” tamaşasını yenidən nümayiş etdirəcək.
II Qarabağ müharibəsi mövzusunda hazırlanan səhnə işi SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanıb. Nümunənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artistlər Leyla Ağayeva və Zakir Ağayev, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri isə Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev, eləcə də orkestr və balet artistləri iştirak edirlər.
***
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına gəlincə, o, pərdələrini sentyabrın 30-da ingilis yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşası ilə açacaq. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur.
Qeyd edək ki, bu günə qədər “İngilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
Əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər həmçinin bir çox dünya teatrlarının repertuarına daxil edilib.
***
Əsas səhnəsi təmir-bərpadan sonra yenicə istifadəyə verilən, bu il 95-ci yubiley mövsümünü açan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı izləyicilərinə maraqlı səhnə əsərləri təqdim edəcək. Kollektiv sentyabrın 24-də P.Cullifordun “Şirinlər” və A.P.Çexovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Qağayı” tamaşasını nümayiş etdirəcək.
***
Dövlət Yuğ Teatrı isə mövsümünü premyera ilə açacaq. M.F.Axundzadənin “Mürafiə vəkilləri” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın ilk nümayişi sentyabrın sonuncu həftəsinə nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Səhnə işində Xalq artisti Vidadi Həsənov, aktyorlar Vüqar Hacıyev, Oqtay Mehdiyev, Amid Qasımov, Ziya Ağa və başqaları rol alırlar.
***
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 17-də balacaların görüşünə gələcək. Kollektiv məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılını təqdim edəcək.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Musiqili nağıl-tamaşada rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Samirə Nəcəfova, Nərmin Əhmədova, Yasin Abbasov və Ramiz Qəmbərov ifa edəcəklər.
***
Sentyabrın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında da ilk nümayiş günü həyəcanı yaşanacaq. Belə ki, musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Herkules” adlı müzikl-tamaşa nümayiş olunacaq. Müzikl-tamaşada balaca seyrçilər bir-birindən maraqlı musiqi parçaları və rəqs nömrələri ilə əyləncəli vaxt keçirəcəklər.
Anadil.az