Keçmişə yol aldım, gördüm duman... - Nərmin Kamalın ŞEİRİ

Anadil Nərmin Kamalın "Duman" şeirini təqdim edir:

XXX

Keçmişə yol aldım, gördüm duman,

buludlar yerə enir,

çaşıb yerə enirdi buludlar


Burda bir ağac vardı, yəqin budur – deyib

durdum ağacla yanbayan

Beşmi dəqiqə keçdi, onmu,

bir kişi tərpəndi ağac sandığım yandan,

üç addım atdı, dumanda batdı.


Bir kişi keçirdi bu vaxt,

gördü havada asılmış iki par-par sırğa

ağacdan alma dərən tək dərdi sırğalarımı

Saqqalı vardı, üzü yox,

kimdi, kimlərdəndi,

bilmədim.


Sən də gəldin,

göz-gözü görmürdü, bilmədin,

vurub keçdin üstümdən,

tələsirdin, “bağışla” da demədin.


Tələsdim mən də, yürüdüm maşın dolu yola

“Bu yolda keçid vardı, yəqin hələ də var,” – dedim,

Bilmədim, bilmədim.


Anadil.az
Oxunub: 252
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR