Anadil Mahir Mehdinin "Oktyabr şansonu..." şeirini təqdim edir:
XXX
...Bizi izləyən kölgəni
azdırıb
bir bucaqda,
saxladarıq özümüzü
qabaqkı duracaqda.
Məndən
tək-tək enənəcən
üç-üç düşərəm səni.
Düşərik aramızdakı
ən uzun məsafəni.
Qayıdıb
məndə qapanar
səndən başlayan çevrə.
Düşərik
bir-birimizdən
verilmiş cədvəl üzrə.
Oturarıq ayaqüstdə
içdəki
basabasa.
Düşərik özümüzü də,
tutmağa yer olmasa...
...Biz
bir dəfə bəstələnib
min yol oxunan şanson...
Növbəti
sonda düşərik,
bizimki deyil bu son.
Anadil.az
XXX
...Bizi izləyən kölgəni
azdırıb
bir bucaqda,
saxladarıq özümüzü
qabaqkı duracaqda.
Məndən
tək-tək enənəcən
üç-üç düşərəm səni.
Düşərik aramızdakı
ən uzun məsafəni.
Qayıdıb
məndə qapanar
səndən başlayan çevrə.
Düşərik
bir-birimizdən
verilmiş cədvəl üzrə.
Oturarıq ayaqüstdə
içdəki
basabasa.
Düşərik özümüzü də,
tutmağa yer olmasa...
...Biz
bir dəfə bəstələnib
min yol oxunan şanson...
Növbəti
sonda düşərik,
bizimki deyil bu son.
Anadil.az