Anadil məşhur fransız yazıçısı Emil Zolyanın* son məktubunu** təqdim edir.
XXX
Məlum olduğu kimi məşhur yazıçı Emil Zolya 1902-ci ilin 29 sentyabrında qaldığı otelin yataq otağında dəm qazından boğularaq vəfat edib. Rəsmi sənədlərdə ölüm səbəbi bədbəxt hadisə kimi qeyd edilsə də, intihar ehtimalı da istisna olunmur. Yazıçı son məktubunu ölümündən bir neçə gün əvvəl dostu, fransız bəstəkarı Alfred Brunouya yazıb.
“Əziz dostum, əslində məktubunuza daha tez cavab yazmaq istəyirdim, lakin şiddətli diş ağrısı buna imkan vermədi. Artıq ağrılar az da olsa azalmağa başlayıb. Müalicə üçün Parisə qayıtmağı gözləyirəm. Çox güman bazar axşamı orada olaram.
Bir dostunuz mənə “L`enfant Roi”( Uşaq kral) (librettonun müəllifi Emil Zolyadır – red) operasını bitirdiyinizi xəbər verdi. Sizi təbrik edirəm. Bu əsərinizin də uğur qazanacağına heç bir şübhəm yoxdur.
Mən son günlərdə yeni pyes üzərində işləyirəm. Təxminən oktyabr ayının əvvəllərinə qədər bitirməyi düşünürəm. Sizinlə görüşəndə əsəri birlikdə oxuyarıq. Əminəm ki, həmişəki kimi obyektiv olacaqsınız. Həm pyes haqqında fikirlərinizi, həm də onun opera kimi necə qarşılanacağını mənə açıq deməlisiniz. Daha sonra Qeilhardı (fransız opera ifaçısı – red) necə razı salacağımız barədə düşünərik. Bax belə, əziz dost! Yazdım ki, sizə bu məsələlər barədə məlumat verim. Gələn kimi mənə xəbər edin. Yolunuzu səbrsizliklə gözləyirəm.
Mən və xanımım sizi sevgiylə qucaqlayırıq.
Hələlik!”
25 sentyabr 1902-ci il. Medan.
/Qaynaq: Aydın Yol/
_________________________________________
*XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanın rəhbəri və nəzəriyyəçisi Emil Zolya 1840 - cı ildə Parisdə anadan olub.
O, ilk yazılarını nəşriyyatda işlədiyi vaxtlarda qələmə alıb. Bunlara "Ninonun nağılları", "Marsın sirləri", Ölənlərin vəsiyyəti" kimi əsərləri daxildir. Lakin bu əsərlərin heç biri ona uğur gətirməyib.
Yazıçı bütün yaradıcılığı boyu həyat həqiqətlərini təbii və realist boyalarla əks etdirib. Əsərlərində cəmiyyətdəki mənfiliklərə, naqis, çürük aristokratiyaya qarşı kəskin nifrət hiss olunur, zəmanənin başlıca bəlası olan pulun hökmranlığı qamçılanır.
Zolya 1871 - 1893-cü illərdə çap olunan və Fransanın ikinci imperiya dövrünü təsvir edən Ruqon - Makkar ailəsi haqqında 20 cildlik roman silsiləsində bir ailənin timsalında cəmiyyətdə gedən prosesləri əks etdirərək şöhrət qazanıb.
**Emil Zolya 62 yaşında, 1902-ci il sentyabrın 29-da qaldığı otelin yataq otağında dəm qazından boğularaq vəfat edib. Rəsmi sənədlərdə ölüm səbəbi bədbəxt hadisə kimi qeyd edilsə də, intihar ehtimalı da istisna olunmur.
Yazıçı yuxarıda oxuduğunuz son məktubu isə ölümündən bir neçə gün əvvəl dostu, fransız bəstəkarı Alfred Brunouya yazıb.
Anadil.az