“II Sumqayıt Kitab Sərgisi” keçiriləcək - TARİX və PROQRAM AÇIQLANDI

23-25 dekabr tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “II Sumqayıt Kitab Sərgisi” həyata keçiriləcək.

ANAİB-dən Anadil-ə verilən məlumata görə, ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq sərgidə, eyni zamanda tanınmış ədiblər, ictimai xadimlər, incəsənət nümayəndələri ilə görüşlər keçiriləcək, müxtəlif mədəni tədbirlər həyata keçiriləcək. Bundan başqa sərgi çərçivəsində ebru sənəti, gips və kətan boyama kimi master-klaslar olacaq, müxtəlif dekorasiyalarda əyləncəli fotozonalar təşkil ediləcək.

Sərgi müxtəlif görüşlər, imza saatları, panellərlə də zəngindir.

Dekabrın 23-ü saat 14:00-da “Şirvan” təqdimat zonasında yazıçı Varis Yolçuyev oxucularla görüşəcək.

Dekabrın 23-ü saat 15:00-da “Şirvan” təqdimat zonasında bloger Həvva Səfərova “Səyahətdə kitab” seminarı verəcək.

Dekabrın 24-ü saat 11:00-da “Şirvan” təqdimat zonasında teleaparıcı Rafiq Həşimov kitab və televiziya anlayşından söhbət açacaq.

Dekabrın 24-ü saat 13:00-da “Şirvan” təqdimat zonasında yazıçı Orxan Fikrətoğlu müasir romançılıq anlayışından danışacaq.

Dekabrın 24-ü saat 14:00-da “Təbriz” təqdimat zonasında reper PRoMete həyatını dəyişən kitablardan danışacaq.

Dekabrın 24-ü saat 14:00-da “Şirvan” təqdimat zonasında İlqar Fəhmi və Arif Buzovnalının şeir saatı baş tutacaq.

Dekabrın 24-ü saat 16:00-da “Şirvan” təqdimat zonasında bədii qiraətçi Xəzər Süleymanlı və şair Aqşin Evrənin şeir saatı keçiriləcək.

Dekabrın 24-ü saat 18:00-da Kamran Muradlının ifasında Ülviyyə Heydərovanın pyesi əsasında qurulmuş “Pələng” monotamaşası oynanılacaq.

Dekabrın 25-i saat 12:00-da “Təbriz” təqdimat zonasında təlimçi Orxan Şahbaz duyğuların idarə edilməsindən söz açacaq.

Dekabrın 25-i saat 12:00-da “Şirvan” təqdimat zonasında Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu nitqdəki uzunçuluqdan danışacaq.

Dekabrın 25-i saat 13:00-da “Təbriz” təqdimat zonasında Aytac Qəmbərova “Danışan şəkillər” nağılı əsasında kukla tamaşası nümayiş etdirəcək.

Dekabrın 25-i saat 13:00-da “Şirvan” təqdimat zonasında hərbi diktor, müğənni Şəmistan Əlizamanlı poeziya və musiqidə vətənpərvərlik anlayışından söz açacaq.

Saat 14:00-da isə “Şirvan” təqdimat zonasında yazıçılar Qismət və Aqşin Yeniseyin “Oxutmuram, əl çəkin!” adlı müzakirə saatı başlayacaq.

Dekabrın 25-i saat 14:00-da “Təbriz” təqdimat zonasında yazıçı Rövşən Abdullaoğlunun imza saatı keçiriləcək.

Dekabrın 25-i saat 16:00-da “Təbriz” təqdimat zonasında yazıçı Elxan Elatlının “Qazinin ölümü” kitabının təqdimat və imza mərasimi olacaq.

Dekabrın 25-i saat 16:00-da “Şirvan” təqdimat zonasında yazıçı Ülviyyə Tahirin imza saatı baş tutacaq.


Anadil.az
Oxunub: 227
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR