Arvadlarını və ölkəsinin yeganə riyaziyyatçı alimini yeyən prezidentin DƏHŞƏTLİ ƏMƏLLƏRİ

Anadil tarixin ən başdanxarab, eyni zamanda qorxunc hökmdarlarından biri – Mərkəzi Afrika Respublikasının (MAR) yamyam prezidenti və imperatoru Jan-Bedel Bokassa haqqında qandonduran faktları təqdim edir:

XXX

Bokassa 1921-ci ildə anadan olub. Həmin vaxt əhalisinin mütləq əksəriyyəti yoxsulluq və savadsızlıq içində yaşayan MAR Fransanın protektoratı idi. 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Bacarıqları sayəsində çox keçmədən ordu daxilində yüksəlib – zabit rütbəsi və fəxri legion xaçı alıb. 1960-cı ildə isə artıq marşal idi.

Bununla da kifayətlənməyib və çox keçmədən MAR imperatorunu devirərək onun taxtına əyləşib.

Arvadlarını və ölkəsinin yeganə riyaziyyatçı alimini yeyən prezidentin DƏHŞƏTLİ ƏMƏLLƏRİ


Lakin bu da Bokassanın gözlərini doyurmağa bəs eləməyib – prezident olmaqla yanaşı, bütün hakimiyyəti əlində cəmləşdirib: eyni vaxtda həm də müdafiə naziri, dövlət idarələri və sosial təminat naziri, ticarət naziri, sənaye və şaxtalar naziri, poçt və telekommunikasiyalar naziri, hökumət sədri, üstəlik, ölkənin yeganə partiyasının sədri olub.

1972-ci ildə özünü ömürlük prezident, 1977-ci ildə isə imperator elan edən Bokassanın tacqoyma mərasimi olduqca təntənəli keçib. Əhalisi acından qırılan ölkənin başçısı bunun üçün fantastik pullar xərcləyib. Özünü Napoleona bənzətdiyindən mərasimin ən xırda detallarınbadək Fransa imperatorunun andiçmə törəninə bənzəməsini istəyib.

Bokassanın başına qoyduğu tacın ümumi qiyməti isə həmin dövr üçün ağlasığmaz idi – 5 milyon dollar!

Bundan başqa, o, saf qızıldan özünün iki tonluq heykəlini ucaltdırmışdı.

Tacqoyma mərasimində geyindiyi tufli ən bahalı ayaqqabı kimi Ginnesin rekordlar kitabına düşüb.



Tədbirə ucdantutma bütün ölkələrin liderləri, hətta Roma papası da tədbirə dəvət olunub. Lakin mərasimə onlardan kimsə gəlməyib. Çünki hər kəs Bokassanı başdanxarab hesab edirdi.

Elə buna görə idi ki, Fransa prezidenti Şarl de Qolla əbədi məhəbbət andı içdiyi və onu "Ata" adlandırdığı halda, Liviya prezidenti Müəmmər Qəddafi ilə görüşündən sonra islamı qəbul etdiyini demiş, ardınca da adını "Səlahəddin Əhməd" olaraq dəyişmişdi. Məqsəd də, deyilənə görə, Qəddafidən pul qoparmaq olub. Bir müddət sonra yenidən katolikliyi qəbul edən Bakossa sonralar dünya liderlərinə bahalı hədiyyələri ilə də tanınırdı. Məsələn, 1974–1981-ci illərdə Fransa Respublikasının 20-ci prezidenti olmuş Valeri Jiskar d'Estenə fantastik qiyməti olan brilyant bağışlamışdı. Bu xəbərin yayılması d'Estenin sonu oldu – reytinqi kəskin şəkildə aşağı düşdü və 1981-ci il seçkilərində o, Mitterana uduzdu.

Bokassanın rüşvət olaraq bahalı brilyant bağışladıqları arasında ABŞ-ın məşhur siyasətçisi Henri Kissincer də var. Belə ki, Kissincer 1973-cü ildə Nikson hökumətində milli təhlükəsizlik məsələri üzrə müşavir vəzifəsini tutarkən MAR-ın ağıldankəm rəhbərinin qiymətli hədiyyəsini məmnuniyyətlə qəbul edibmiş.

Bokassa 1970-ci ildə SSRİ-də olub. Həmin səfər zamanı Brejnevlə görüşüb, bu dəfə də "tərəqqipərvər sosialist düşərgəsinə daxil olduğunu" bildirib. "Artek" pioner düşərgəsinə baş çəkib. Orada onun boynundan qalstuk asıb və Bokassanı "fəxri pioner" elan ediblər.

Lakin sonradan məlum olacaqdı ki, "fəxri pioner" Fransa müstəmləkə ordusunda xidmətdə olarkən Vyetnamda yerli kommunistlərdən birini həzm-rabedən keçiribmiş – həm də sözün həqiqi mənasında!



Əslində Bokassa ilə bağlı ən dəhşətli fakt da onun elə yamyam olmasıdır.

Yamyamlıq – keçmişdə bəzi tayfalar və xalqlar arasında geniş yayılmış adamyemə adəti idi.

Lakin belə məlum olur ki, Bokasso üçün bu heç də köhnəlmiş adət olmayıb. Məsələ ondadır ki, 1979-cu ildə üzərində öz portreti olan formanı geymək istəməyən məktəbliləri amansızcasına güllələtdirdikdən sonra "fəxri pioner" ölkədəki fransız hərbçiləri tərəfindən devrildi. Bu vaxt onun saray mətbəxində insan əti ilə dolu soyuducular tapıldı. Beynəlxalq istintaq qrupu müəyyənləşdirdi ki, siyasi rəqiblərini diri-diri quyulara atdıran, timsahlara yedirən Bokasso özü də insan ətinə tamah salırmış. Onun ətini yedikləri insanlar arasında arvadlarının olduğu da deyilir. Yeri gəlmişkən, Bokasso 17 dəfə evlənmişdi...

Deyilənə görə, MAR-ın başdanxarab rəhbəri ölkənin yeganə riyaziyyatçı alimini də yeyibmiş. Həmin alimin cəsədinin qalıqları saray mətbəxindəki soyuduculardan birində tapılmışdı.

Bokassanın ətini yedikləri arasında Mərkəzi Afrikanın ilk gözəllik müsabiqəsinin qalibi də olub. Belə bir müsabiqənin keçirilməsini şəxsən istəyən ağıldankəm imperator daha sonra yarışmada birinci yeri tutan qadını dişlərinə çəkmişdi...



Bundan başqa, Brejnevlə görüşdən sonra Bokassonun mühafizəçilərinə bir neçə dəfə "Leonid İliç yaxşı bəslənilib" dediyi bildirilir. Bu isə onun Sovet liderinə də tamah salması kimi qiymətləndirilib.



Onu da deyək ki, Bokasso 1986-cı ildə gözlənilməz şəkildə Fransadan MAR-a qayıdıb və dərhal qandallanıb. Barəsində öncə edam qərarı çıxarıldı, sonradan bu qərar ömürlük həbs cəzası ilə əvəzləndi. Lakin 1993-cü ildə azadlığa buraxılıb. Bunda bir vaxtlar Bokassonun mühafiiçilərindən olmuş ovaxtkı MAR prezidenti əsas rol oynamışdı.

1996-cı ildə isə Bokasso qəfildən vəfat öldü.

Ölüm səbəbi kimi ürək çatışmazlığı göstərildi və bu çoxlarını heyrətləndirdi – cəllad xislətli, adamyeyən birinin, sən demə, qəlbi varmış!..





Oxunub: 594
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR