Anadil: Misirdəki Giza piramidalarının ən böyüyü olan Xeops piramidasının (Kral Khufu Piramidası) içərisində kralın dəfn otağına apara biləcəyi düşünülən yeni gizli keçid aşkar edilib.
Misir mətbuatında yer alan xəbərə görə, Misirin turizm və tarixi əsərlər naziri Əhməd İsa Xeops piramidasının qarşısında təşkil edilən mətbuat konfransında Piramidaların Kəşf Layihəsi fəaliyyətləri çərçivəsində aparılan qazıntılar zamanı Xeops piramidasının içərisində uzunluğu 9 metrdən uzun, eni isə 2,1 metrdən çox olan keçidin aşkar edildiyini açıqlayıb.
Misirli nazir bəyan edib ki, kəşfin Turizm və Qədim Əsərlər Nazirliyi, Qədim Əsərlər Ali Şurası və Qahirə Universitetinin, həmçinin ABŞ, Fransa, Almaniya, Yaponiya və Kanadanın beynəlxalq universitetlərinin işinin nəticəsidir.
“Masrawy” saytının xəbərinə görə, layihədə iştirak edən misirli arxeoloq Zahi Həvvas "Düşünürəm ki, Kral Khufunun dəfn otağı tapılmayıb və mən inanıram ki, bu keçid Kral Khufunun dəfn kamerasını qoruyub. Biz daha çox sirri üzə çıxarmaq üçün araşdırmanı tamamlamalıyıq" deyib.
Qahirə Universitetinin rektoru Məhəmməd əl-Həşt də verdiyi yazılı açıqlamada gizli keçidin 7 illik fasiləsiz iş nəticəsində aşkarlandığını bildirib.
Qeyd edək ki, 4-cü Fironlar sülaləsi dövründə Misirdə yaşamış Kral Khufunun adını da daşıyan Xeops piramidasının eramızdan əvvəl 2566-2589-cu illər arasında tikildiyi güman edilir.
Dünyanın Yeddi Möcüzəsindən biri olan Xeops piramidasının hündürlüyü 140 metrdir və Giza piramidalarının ən böyüyüdür.