Meyxanalarda hay-küy... - Pol Mari Verlenin ŞEİRİ

Anadil şair, yazıçı və tərcüməçi Mahir N.Qarayevin çevirməsində məşhur fransız şairi, impressionizmin və simvolizmin banilərindən olan Pol Mari Verlenin (1844–1896) şeirini təqdim edir:

XXX

Meyxanalarda hay-küy, səkini palçıq basıb,

Hava soyuq, çinarlar bir-birinə qısılıb.

Təkərləri palçıqlı, cırıldayan araba,

Hər tərəf çirk içində, büsbütün bir xaraba.

Dəstə-dəstə toplaşıb küçədə işsiz duran,

Qəlyan çəkib, burnunu tüstüsündə qızdıran

Fəhlələr səs-küy salıb polisin qabağında.

Sarı damcılar düşür damların qırağından.

Arxlar ağzına kimi zir-zibillə doludur…

Bax, cənnətə aparan mənim yolum belədir!

Oxunub: 241
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR