Anadil Azərbaycanın 80-ci illər ədəbi nəslinin tanınmış nümayəndəsi, 1954-cü ildə Şəkidə dünyaya göz açan, Moskvada Qorki adına Ədəbiyyat İnstitunu bitirən və hazırda doğulduğu rayonda yaşayıb-yaradan Qoca Xalidin (Namizəd Xalidoğlu) şeirini təqdim edir:
XXX
Sapsarıdı cığır, iz;
xəzəl yağır başıma.
Gözləməzdim, belə tez−
payız çıxar qarşıma...
Oyanıbdı necə də
həm həsrətim, həm qəmim.
Ta gündüz də, gecə də
küləklərdi həmdəmim.
Yan-yörəmdə dolanıb
haray-həşir qoparır.
Xəyalımı elə hey –
uzaqlara aparır.
Yapışaraq qolumdan
pıçıldayır: "Gəl, gedək!"
Çıxardacaq yolumdan
deyəsən, məni külək...
Yox! Küləyə qoşulmaq
yaraşarmı yaşıma?
Onsuz da hara getsəm−
payız çıxar qarşıma...
XXX
Sapsarıdı cığır, iz;
xəzəl yağır başıma.
Gözləməzdim, belə tez−
payız çıxar qarşıma...
Oyanıbdı necə də
həm həsrətim, həm qəmim.
Ta gündüz də, gecə də
küləklərdi həmdəmim.
Yan-yörəmdə dolanıb
haray-həşir qoparır.
Xəyalımı elə hey –
uzaqlara aparır.
Yapışaraq qolumdan
pıçıldayır: "Gəl, gedək!"
Çıxardacaq yolumdan
deyəsən, məni külək...
Yox! Küləyə qoşulmaq
yaraşarmı yaşıma?
Onsuz da hara getsəm−
payız çıxar qarşıma...