II Ramzesin məbədində minlərlə mumiyalanmış qoç başı aşkarlandı - FOTO

Anadil: Misirdə Firon II Ramzesin məbədində 2000-dən çox mumiyalanmış qoç başı olan nəhəng tikili aşkar edilib.

Qədim Misir Krallığının (e.ə. 2686-218) tarixi paytaxtı olmuş və bu gün Sohac şəhəri içində yerləşən Abidosda II Ramzesin tikdirdiyi məbəddə arxeoloqlar tərəfindən aparılan qazıntı işlərində yeni kəşflərə imza atılıb.

Arxeoloji qazıntılar nəticəsində Misirdə Ptolemeylər sülaləsinə (e.ə. 332-30) aid 2000-dən çox mumiyalanmış qoç başı tapılıb. İki ehtimal irəli sürülüb: 1) bu qədər böyük miqdarda mumiyalanmış qoç başları nəzir kimi istifadə edilib və ya 2) II Ramsesin ölümündən sonrakı min illər üçün müqəddəs hesab olunub.

Bu kəşflə yanaşı, altıncı sülalədən (e.ə. 2345-1821) fərqli və unikal memarlıq dizaynına malik böyük tikili və məbədi əhatə edən şimal divarının hissələri də üzə çıxarılıb.

2020-ci ildə bu məbəddə başqa heyvan sümük və skelet parçaları da tapılmışdı.

II Ramzesin məbədində minlərlə mumiyalanmış qoç başı aşkarlandı - FOTO



/Qaynaq: TRT/








Oxunub: 241
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR