Nobel ödüllü İtaliya şairinin "Məzar daşına yazılmış şeir"i Əlisəmid Kürün ÇEVİRMƏSİNDƏ

Anadil şair, tərcüməçi Əlisəmid Kürün İtaliyanın məşhur şairlərindən Salvatore Kvazimodonun "Məzar daşına yazılmış şeir"ini təqdim edir:

XXX

Burdayıq – hamıdan uzaqda,

hamıdan aralıda –

yenə də Günəş

mis kimi parıldayır

sarışın saçlarında.

Get-gedə öləziyən

cırcıramaların səsi,

Lombardiya səmasında

çaxan şimşəklər

hələ də sağ olduğumuzu

xatırladır bizə.


Ey küləyin qarsdığı səslər,

nə istəyirsiz?

hələ də qəm-kədər

fışqırır torpaqdan.

_________________________________________________

Salvatore Kvazimodo kimdir?

1901-ci ildə Siciliyadakı Modika şəhərində anadan olub. 1919-cu ildə Roma Politexnik İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyub. 1938-ci ildən Milan konservatoriyasında İtaliya ədəbiyyatından dərs deyib.

“Batmış qaboy” (1932), “Evkalipt ətri və başqa şeirlər” (1933) və digər şeir kitablarının müəllifidir;1959-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.


Oxunub: 154
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR