9 milyon yaşlı heyvan qalıqları tapıldı

Anadil: Türkiyənin Dənizli vilayətinin Tavas qəsəbəsində aparılan elmi-arxeoloji qazıntılar zamanı 9 milyon il əvvələ aid olduğu təxmin edilən heyvan qalıqları tapılıb.

Burdur Mehmet Akif Ersoy Universiteti Elm və Ədəbiyyat fakültəsi Antropologiya kafedrasının dosenti Ahmet İhsan Aytekin başçılığı ilə Pamukkale və Hitit universitetlərinin paleoantropoloq, paleontoloq, geoloq və tələbələrindən ibarət elmi qrup daha əvvəl yerüstü tədqiqatların aparıldığı Kayaca məhəlləsində 2017-ci ildən bəri arxeoloji araşdırmalar aparır. İşlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası və Dənizli Muzeyinin başçılığı ilə həyata keçirilir.

2023-cü ildə aparılan qazıntılar zamanı 9 milyon il əvvəl yaşadığı güman edilən heyvan qalıqları inventarlaşdırılıb.

Arxeoloji qazıntıların heyvanların köçləri ilə bağlı ipuçları verəcəyi bildirilib.




Oxunub: 82
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR