Beynəlxalq Buker mükafatının 2023-cü il üçün QISA SİYAHISI

Anadil: 2023-cü ilin Beynəlxalq Buker mükafatına (Man Booker Prize for Fiction) iddialı olan əsərlərin qısa siyahısı elan edilib.

Siyahıda aşağıdakı kitablar yer alıb:

Sara Bernşteyn - “İtaətkarlığın öyrənilməsi” (“Study for Obedience”);

Conatan Eskofferin - “Mən səndən çox yaşasam” (“If I Survive You”);

Pol Hardinq - “Bu başqa cənnət” (“This Other Eden”);

Pol Linç - “Peyğəmbərin nəğməsi” (“Prophet Song”);

Çetna Marun - “Qərb döngəsi” (“Western Lane”);

Pol Murrey - “Arı sancması” (“The Bee Sting”)

Qalib 2023-cü il noyabrın 26-da Londonda keçiriləcək tədbirdə açıqlanacaq.

Buker mükafatı haqqında

Anadil xatırladır ki, Beynəlxalq Buker mükafatı son dövrlərə qədər hər iki ildən bir ingilis dilində yazılmış və ya ingilis dilinə tərcümə olunmuş əsərə verilən ədəbi mükafat kimi tanınırdı. Lakin təşkilatçılar 2014-cü ildən təqdim olunan əsərlərlə bağlı dil və milli məhdudiyyətləri aradan götürüblər.

Buker mükafatı ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildən təqdim olunub. Həmin vaxtdan 2002-ci ilə qədər mükafatın fondu 21 min ingilis funt sterlinqinə bərabər olub. 2002-ci ildə “Men Qrup” şirkəti mükafatın rəsmi sponsoru olduqdan sonra bu rəqəm 50 min ingilis funt sterlinqinə qədər artırılıb. Həmçinin, qalib yazıçıya əsərinin ingilis dilinə olan tərcümələri arasından seçim etmək imkanı verilir və qalib tərcüməçiyə təşkilatçılar tərəfindən 15 min ingilis funt sterlinqi həcmində mükafat təqdim olunur.

Mükafata təqdim edilən əsərlərin əvvəl “uzun”, sonra “qısa siyahı”sı elan olunur, ilin sonunda isə qaliblərin adları açıqlanır.


Anadil


Oxunub: 218
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR