Anadil məşhur yazıçıların şübhəli ölümləri ilə bağlı araşdırmanı təqdim edir:
1
ABŞ yazıçısı, şair və dramaturqu Edqar Allan Ponun ölümü 2 əsrə yaxındır ki, müzakirə mövzusudur. 1849-cu il oktyabrın 3-də yoldan keçən insanlar onu doğma Baltimor küçələrində qeyri-adekvat şəkildə gəzərkən görürlər. Poya yaxın insanların bildirdiyinə görə “o, dəhşətli depressiya içərisində idi və təcili tibbi müdaxiləyə ehtiyacı vardı”. Yazıçı xəstəxanaya yerləşdirilir, lakin 5 gün sonra dünyasını dəyişir.

Edqar Po həmin müddətdə başına nə gəldiyini və niyə bu vəziyyətə düşdüyünü söyləməyə imkan tapmır. Buna onun durumu imkan vermirdi. Çoxlarını təəccübləndirən isə yazıçının əynində o vaxtadək heç vaxt geyinmədiyi paltarın olması idi. Ölümündən bir gecə əvvəl isə bir neçə dəfə “Reynolds” soyadını təkrarlayır. Lakin bu soyadın sahibini müəyyənləşdirmək mümkün olmur.
Daha qəribəsi: Edqar Ponun ölüm haqqında şəhadətnaməsi daxil olmaqla, bütün tibbi sənədləri yoxa çıxır.
Qəzetlər yazıçının ölüm səbəbini “beyin xəstəliyi” və “mərkəzi sinir sisteminin soyuqdəyməsi” olaraq göstərirlər. XIX yüzillikdə, adətən, alkoqolizm səbəbindən vəfat edən insanlara bu cür diaqnoz qoyulurdu.
İstənilən halda Edqar Ponun əsl ölüm səbəbi hələ də müəmma olaraq qalır.
2
Məşhur rus ədibi Nikolay Qoqolun da ölümü ilə bağlı da çoxsaylı suallar var. O, 1852-ci il fevralın 21-də (martın 4-də) vəfat edib. Belə ki, cəmi bir neçə həftənin içində sınıxan yazıçı 42 yaşında gözlənilmədən həyatla vidalaşıb. Bundan sonra Qoqolun niyə öldüyü müzakirə mövzusuna çevrilib. Hətta onun əslində letargiyada (uzunmüddətli yuxulamaq və yuxuyabənzər xəstəhal vəziyyət) olarkən basdırılması haqqında şayiələr dolaşmağa başlayıb. Həmin şaiyələr boşuna ortaya çıxmamışdı: Qoqol xəstə olarkən tez-tez bayılır və bədəni qıc olurmuş, ən əsası isə diri-diri basdırılacağından ehtiyat edirmiş.

Rus yazıçısı Sergey Aksakov xatırlayırdı: “Qoqol soyuqdan şikayətlənir, daima üşüyürdü. O, uzun çəkmə, qalın yun corablar geyirdi. Qızınmaq üçün otaqda qaçır, ayaqlarını sobanın üstünə qoyurdu. Şübhəsiz ki, bu onun hansısa xəstəlikdən əziyyət çəkdiyini göstərirdi”.
Başqa bir tanışı isə bunları yazırdı: “İşə bir bax, o, ayaq üstdə yazır, oturaraq yatır. Uzanmaq istəmir. Qorxur ki, onu ölü zənn edib basdırarlar”.
Yazıçının ölümündən 79 il sonra onun qəbri Danilov monastırından Novodeviçye qəbiristanlığına köçürülüb. İddialara görə, mərhumun bədəni tabutda ölü üçün normal olmayan vəziyyətdə yana çevirilibmiş. Tabutun daxili divarları isə kəsik-kəsik və cızılmış vəziyyətdə olub.
Bu şaiyələr bir çoxlarında əminlik yaradıb ki, Qoqol dəfn edilərkən ölməyibmiş, məzarda özünə gəlib və tabutdan çıxmağa çalışıb. Ciddi məxfilik şəraitində aparılan eksqumasiya (ölümün səbəblərini müəyyən etmək və ya dəfn yerini dəyişməkdən ötrü nəşin qəbirdən çıxarılması) zamanı Qoqolun qəbri ətrafında təxminən 20-dək adam toplaşıbmış. Bu barədə tarixçi Mixail Davıdov belə yazır: “...yazıçı V.Q.Lidin də eksqumasiya mərasiminə iştirak edirmiş. Məhz o, təsdiqləyirdi yaxşı vəziyyətdə qalmış palıd tabutun içərisi cızıq-cızıq edilmiş, skelet isə qeyri-təbii vəziyyətdə, sanki büzüşmüş vəziyyətdə olub. Lidinin bu sözlərindən sonra Rusiyada yazıçının guya sağ olarkən basdırılması haqqında həmin dəhşətli əfsanəyə inam daha da güclənməyə başlayıb”. Lakin son illərdə yuxarıdakı iddianın doğruluğu tam şəkildə təkzib olunur.
Qoqol həyatının son aylarını ağır ruhi sarsıntı, dözülməz iztirablar içərisində keçirib. O, yaxın tanışı Yekatrina Xomyakovanın gənc yaşda ölməsindən çox sarsılmışdı. Ona görə də vaxtının çoxunu dua edib, pəhriz tutmaqla keçirirdi. Zaman keçdikcə ölüm qorxusu Qoqola o dərəcədə hakim kəsilir ki, hər kəsə qeybdən ona tezliklə öləcəyini xəbər verən səslər eşitdiyini deyir.
Xəstəliyinin şiddətləndiyi, ağlının başdan çıxdığı və sayıqladığı dönəmlərdə Qoqol “Ölü canlar” əsərinin ikinci cildini yandırır. Ehtimallara görə, bunu ona yaxın tanışı olan keşiş Matvey Konstantinovski məsləhət görüb. O, yazıçının son çağlarında Qoqolu əməlli-başlı təsir dairəsinə almışdı. Keşişin təsir və təzyiqlərindən yazıçının ruhi və fiziki durumu daha da pisləşir. Qoqol zəifləyir və az yatır, demək olar ki, heç nə yemir.
Ədibin şəxsi həkimi Tarasenkov bildirirdi ki, yazıçı ömrünün son günlərində tamam heysizləyibmiş, yaşına görə olduqca qoca təsiri bağışlayırmış: “Qoqolun nəbzi zəif, dili təmiz və qurudur, hərdən burnundan qan gəlir, əlləri qıc olur. Sidiyi tünd və qatıdır”
Fevralın 10-da evdən çıxmağa halı qalmayan Qoqol 10 gün sonra tamamilə ağırlaşır, hətta ətrafındakıları tanıya bilmir. Həkimlərdən ibarət konsilium qərara qəlir ki, onu qidanı azaltmaqla və zəli ilə qan almaq metodu ilə “məcburi müalicə”yə cəlb etsinlər. Doktorların bu həlledici səhvindən sonra Qoqol cəmi bir gün yaşayır.
Tarasenkovun yuxarıdakı qeydləri və konsiliumun qərarları müasir həkimlərin rəyi ilə tam ziddiyyət təşkil edir: “Əslində, qatı tünd sidik, daimi susuzluq, burun qanaması, qıcolma-xroniki civə zəhərlənməsinin simptomlarıdır. Civə isə Qoqolun mədə xəstəliyindən xilas olması üçün həkimlərin ona verdiyi Kalomel preparatının tərkibində olub. Kalomelin əsas xüsusiyyəti ondan ibarətdir ki, əgər o bağırsaq vasitəsilə sorulub orqanizmdən xaric edilərsə, tam zərərsizləşir. Lakin pəhriz saxladığı üçün xəstənin mədəsi boş olduğundan civə orqanizmdə yığılaraq kəskin zəhərlənmə ilə nəticələnib. Bədən ruhi sarsıntılar, əsəb gərginliyi səbəbindən onsuz da zəiflədiyi üçün ölüm sürətlənib".
Bütün bu deyilənlərə, yazılanlara baxmayaraq belə görünür ki, Qoqolun ölümü ətrafında müzakirələr hələ çox davam edəcək.
(Yuxarıdakı yazıda Vüsal Bağırlının "Qoqolun ölümü" məqaləsindən sitifadə olunub - red.)
3
Ölümü müəmma olaraq qəbul edilən yazıçılardan biri isə fransız ədəbiyyatının görkəmli nümayəndəsi Onore de Balzakdır. O, əsərləri ilə yanaşı, qəhvəyə hədsiz aludəçiliyi ilə ad çıxarmışdı. Hətta gün ərzində 50 fincana yaxın qəhvə içdiyi iddia edilir. Bu da azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla çeynəyirmiş.

Balzakın qəhvəyə düşkünlüyünün səbəbi yazmaq ehtirası, bu səbəbdən də yatmaq istəməməsi, oyaq qalmağa çalışması ilə izah olunur. Nəticədə sağlamlığında problemlər yaranır - qan təzyiqindən, ürəkdə və mədəsində ağrılardan əziyyət çəkməyə başlayır.
Bir çoxları yazıçının qəhvənin tərkibindəki kofeindən zəhərlənərək öldüyünü güman edirlər.
Ancaq Onore de Balzakın əsl ölüm səbəbi barədə dəqiq nəsə demək çətindir.
4
Amerika yazıçısı Cek Londonun da ölümü ilə bağlı birmənalı fikir yoxdur. Özünün məşhur "Həyat eşqi" əsərini bitirdikdən sonra intihar edən bu yazıçını belə addım atmağa nə vadar edə bilərdi? Məsələ burasındadır ki, Cek London, demək olar, ömrü boyu bipolyar pozğunluqdan əziyyət çəkib. Üstəlik, bir zaman qayıqla etdiyi səyahət zamanı tropik xəstəliyə yaxalanmış, xəstəliyi öz ağlına görə müalicə etməyi qərarlaşdırmış və bu, ona çox "baha" başa gəlmişdi: hazırladığı tiryək, heroin, civə və s. kimi kimyəvi maddələrin qarışığını bir müddət qəbul etdikdən sonra böyrəkləri sıradan çıxmışdı.
İki dəfə evlənən yazıçını ailəsi başa düşmürdü və bu onun üçün böyük zərbə idi. İkinci evlilikdən olan qızının doğulandan üç gün sonra ölməsi isə Cek Londonu möhkəm sarsıtmışdı - o, uzunmüddətli depressiyalar yaşamışdı. Tez-tez dəli olmaqdan qorxduğunu deyir və yaxınlarından xahiş edirmiş ki, əgər ağlını itirərsə, onu xəstəxanaya qoymasınlar.
Ömrünün sonlarına doğru Cek Londonun yaradıcı böhran keçirdiyi də deyilir.

Bütün bunları ümumiləşdirən bir sıra bioqraflar yazıçının şüurlu şəkildə ölümü seçdiyini və intihar etdiyini düşünürlər. Onların fikrincə, Cek London dozadan artıq dərman qəbul edərək canına qıyıb.
Cek Londonun yaradıcılığında intihar mövzusuna bir neçə dəfə rast gəlindiyindən yuxarıdakı versiyanın doğruluğuna inananlar kifayət qədərdir.
Lakin bununla razılaşmayanlar da var. Hətta yazıçının nəticəsi Tarnel Abbott da bu fikirdədir. Abbott azərbaycanlı jurnalist Hafiz Əhmədova müsahibəsində deyib: "O, Nyu-Yorka səfər etməyi planlaşdırırdı. Ölümündən bir gecə öncə nənəm Coan Londona bir qeyd yazmış, yaxın bir neçə gün ərzində onunla və kiçik bacısı Bekki ilə görüşmək üçün vaxt təyin etmişdi. Mən çoxdan hiss eləmişəm ki, onun ölümü şübhəli olub və vəsiyyətinə müdaxilə edilib".
Bununla belə, məşhur yazıçının nəticəsi öz şübhəsinin səbəbini açıqlamayıb.
Cek Londonun bioqraflarından biri Russ Kinqman onun ölüm səbəbini iflic və ya infarkt kimi göstərib.
Yazıçının ölüm kağızında isə onun uremiyadan vəfat etdiyi bildirilir. Uremiya - böyrək funksiyasının pozulması nəticəsində orqanizmin protein mübadiləsi məhsulları ilə zəhərlənməsidir.
5
XX yüzilliyin ən məşhur şairlərindən sayılan və Amerik poeziyasının ötən əsrdəki zirvəsi sayılan Silviya Plat 1931-ci ildə Bostonda dağulub və 31 il yaşayıb.
Onun da ölümü ilə bağlı qəti fikir yoxdur.
Belə ki, həyata gözlərini yummazdan əvvəl ağır depressiyadan əziyyət çəkən Plat evində, başı sobada qalmış vəziyyətdə tapılıb. Həmin vaxt Silviya artıq ölmüşdü.
Bir çoxları bunu intihar hadisəsi kimi qəbul etmişdi. Onun mətbəxin qapısını örtərək qazı açıb başını sobanın içinə saldığı deyilirdi.
Lakin Platın ölümünü qəza da sayanlar var.

İntihar versyasını ağlabatan saymayanların fikrincə, uşaqları da həmin vaxt evdə olduğundan Silviya çətin ki, özünü öldürmək üçün bu cür yol seçəydi. Axı belədə övladlarının da həyatı təhlükə altında qalardı.
Platın depressiyadan əziyyət çəkməsinə gəlincə... Deyilənlərə görə, bu xəstəliyiə düçar olmasının iki səbəbi vardı; əvvəla, uşaqlıqda atası Silviya ilə çox sərt davranmış, bu da onun psixikasında silinməz izlər buraxımışdı; ikincisi, ailə qurduğu ingilis əsilli şair, yazıçı və uşaq ədəbiyyatçısı Ted Hyuz Plata mütəmadi şəkildə xəyanət edir. Üstəlik, evlilik yaradıcı ehtirasla alışıb-yanan Silviyanı evdar qadına çevirmişdi. Bütün günü övladlarının qeydinə qalır, biş-düşlə, təömizliklə məşğul olur, yalnız vaxt tapdıqda yeni əsərlər qələmə ala bilirdi. Ərinin aramsız xəyanətləri axırda Platın səbir kasasını daşırmış və boşanma qərarı verməsinə gətirib çıxarmışdı.
6
Əlcəzairdə doğulan fransız yazıçı, dramaturq və tənqidçi, "Taun", "Kaliqula", "Süqut" kimi əsərlərin müəıllifi Albert Kamyunun ölümü son illərdə müzakirə predmetinə çevrilib. 1957-ci ildəı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Kamyu 3 il sonra faciəvi şəkildə həyata gözlərini yumdu - avtomobil qəzasında həlak oldu.
Hələ sağlığında ikən "Qərbin vicdanı" adlandırılan yazıçı nüfuzlu ödülə də məhz "insan vicdanının həlledici rolunu aşkara çıхarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə" layiq görülmüşdü. Mükafatın təqdimetmə nərasimindəki yığcam çıxışında isə bütün yaradıcılıq növlərinin başlıca vəzifəsinin "ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq" olduğu fikrini əsaslandırmışdı.
Bəs onillər sonra Kamyunun ölümü ilə bağlı ortaya atılan iddia nədən ibarətdir?
Məşhur yazıçının avtomobil qəzasında ölməsindən 60 il sonra nəşr olunmuş bir kitabda onun antisovet ritorikasına qisas olaraq KQB casusları tərəfindən aradan götürüldüyü iddia edilib.
İtalyan müəllif Covanni Katelli ilk dəfə 2011-ci ildə “Corriere della Sera” qəzetindəki məqaləsində yazıb ki, tanınmış çex şairi və tərcüməçisi Yan Zabrananın gündəliyində Kamyunun ölümünün təsadüf olmadığı barədə qeydlər mövcuddur. 2019-cu ildə çıxan kitabında ("Kamyunu ölümü") isə Katelli araşdırmalarını bir az da dərinləşdirib. 2019-cu ilin dekabrında Britaniyanın nüfuzlu "The Guardian" nəşrində mövzu ilə bağlı dərc olunan məqalədə deyilir: "Kamyu 1960-cı il yanvarın 4-də naşir Mişel Qallimarın idarəetməni itirərək maşını ağaca çırpması zamanı ölüb. Yazıçı dərhal, Qallimar isə bir neçə gün sonra keçinib...
“Qəza partlayış və ya qırılan ox nəticəsində meydana gəlmişdi. Mütəxəssislər qəzanın 30 metr eni olan düz və tıxacsız yolda baş verməsinə heyrətlənmişdilər”, – deyə Herbert Lottman 1978-ci ildə Kamyunun tərcümeyi-halında yazıb.
Katelli hesab edir ki, Zabrananın gündəliyindəki bir qeyd hər şeyi izah edir: şair 1980-ci ilin sonunda gündəliyinə yazıb ki, “kifayət qədər güclü əlaqələrə malik məlumatlı bir şəxs" ona KQB-nin qəzada baiskar olduğunu söyləyib. Ardınca da əlavə edib: “KQB əməkdaşları Onlar şinlərə nəsə qoşublar, maşın yüksək sürətlə hərəkət edərkən, həmin alət işə düşüb və sürücü idarəetməni itirib"".

"The Guardian"dakı məqalədə daha sonra oxuyuruq: "Zabrananın sözlərinə görə, əmr Sovet İttifaqının daxili işlər naziri Dmitri Şepilovdan gəlib. Bu, Kamyunun Fransada dərc edilən “Frans-Tireur” qəzetinin 1957-ci ilin martında işıq üzü görmüş antisovet məqaləsinə cavab olub. Bir növ, qisas məqsədi daşıyıb.
“Görünür, əmri yerinə yetirmək üçün kəşfiyyat 3 il fürsət gözləyib”, – deyə Zabranan gündəliyində yazıb.
Kamyu 1956-cı ilin payızından bəri Macarıstandakı antisovet çıxışlarına açıq şəkildə dəstək verib və Sovet İttifaqının hərəkətlərinə çox tənqidi yanaşıb. Üstəlik, antisovetçi rus yazıçısı Boris Pasternakı da tərifləyib.
Katelli yalnız Zabrananın gündəliyindəki qeydlərin etibarlılığını araşdırmaqla kifayətlənməyib, onun arvadı Mari ilə də görüşüb, KQB-nin Fransadakı fəaliyyətinə dair materiallar toplayıb, fransız vəkil Jak Verjes tərəfindən toplanan şahid ifadələrini nəzərdən keçirib. Kitabın İtaliyada yayımlanmasından sonra Katelli italyan vəkil Culiano Spazzali ilə əlaqə saxlayıb. Spazzali deyib ki, o, bir vaxtlar mərhum Verjeslə Kamyunun ölümü ilə bağlı müzakirələr aparıb.
“Verjes qəzanın qurama olduğunu söylədi. Məncə, onun mənimlə bölüşmək istədiyi daha çox sübutu vardı" - Spazalli deyib...
Katelli iddia edir ki, Kamyunun antisovet çıxışları Fransa-SSRİ əlaqələrinə mane olurdu. belə ki, Sovet İttifaqının antidemokratik mahiyyətini ön plana çıxarır və Parisi Moskva ilə isti münasibətlər qurmaqdan çəkindirirdi. Bir sözlə, nə Fransa, nə də SSRİ yazıçının çıxışlarından məmnun idi...
Katellinin iddiası Kamyunun qızı Ketrin tərəfindən təsdiqlənməyib, habelə Qallimarın ailəsi bu iddia ilə bağlı onun adının keçməsini istəməyib. Buna baxmayaraq, haqqında danışılan kitab Fransa, Argentina və İtaliyada nəşr olunub. Üstəlik, məşhur yazıçı Pol Osterin kitaba ön söz yazıb və "Taun" müəllifinin düşdüyü avtomobil qəzasını ”siyasi sui-qəsd” adlandıraraq əlavə edib: “46 yaşında Albert Kamyu susduruldu”.
“Ümid edirəm ki, akademiklər bunun idi bir qəza olduğuna dair köhnə fikirlərə meyl etməyəcəklər”, – deyə Katelli özü kitabın ingilis nəşrində qeyd edib.
Lakin Kembric Universitetinin fransız ədəbiyyatı üzrə professoru Alison Finç ortaya atılan fərziyyə ilə razı deyil. “Sui-qəds nəzəriyyəsini kimlər müdafiə edir? Ailəsi kommunist rejimi tərəfindən təqibə məruz qalan və kommunizmə nifrət etməsi üçün əsası olan çex yazıçısı və tərcüməçisi (Yan Zabrana)! Yaxud, Əlcəzairin müstəqillik döyüşçülərini müdafiə edən, şübhəli reputasiyası olan vəkil Jak Verjes… Həmin qəza həqiqətən sui-qəsddirsə, deməli bundan Fransanın o vaxtkı rəhbəri Şarl De Qoll da xəbərdar olmalı, hətta bu cinayətə imkan yaratmalı idi. De Qoll isə fransız ziyalılarına, hətta onunla əks mövqedə dayananlara belə hörmətlə yanaşırdı”".
7
Bir neçə il əvvəl Çilinin Nobell ödüllü məşhur şairi Pablo Nerudanın ölümü ilə bağlı yeni iddia ortaya çıxıb. İspaniyanın Mursiya Universitetinin mütəxəssisləri onun xərçəng xəstəliyindən yox, zəhərlənərək öldürüldüyü qənaətinə gəliblər.
1973-cü ildə general Auqusto Pinoçetin hərbi çevriliş yolu ilə iqtidara yiyələnməsindən 12 gün sonra vəfat edən Pablo Nerudanın aradan götürülməsinə səbəb olaraq isə onun müxalifəti yenidən birləşdirə biləcəyindən doğan qorxu göstərilib. İddia edilir ki, məhz həmin səbəbdən Pinoçet şairi zəhərləmək əmri verib.
2023-cü ilin fevralında isə Çili məhkəməsi zəhərlənmə iddiasının araşdırılmasına göstəriş verib. Bu məqsədlə Nerudanın qəbrini açmaq və nəşinin qalıqlarından nümunələr götürmək qərarlaşdırılıb.

Çili paytaxt Santyaqonun 120 kilometrliyində yerləşən İsla Neqra qəsəbəsindəki qəbiristanlıqda, həyat yoldaşının yanında dəfn edilmiş Neridanın ölüm səbəbi ilə bağlı araşdırmanın nəticələri hələ ki, bəlli deyil.
Hazırladı: Anadil.az