"Mənim mübarizəm"in 10-cu cildi çapdan çıxdı

Anadil: Seymur Baycanın müxtəlif juanrlarda qələmə alınmış müxtəlif məzmunlu mətnlərindən ibarət "Mənim mübarizəm" toplusunun 10-cu cildi çapdan çıxıb. Bu barədə şair, yazıçı, naşir Rasim Qaraca bildirib.

"Bunu bir ədəbiyyat hadisəsi kimi qeyd edə bilərik. Onun mübarizəsi - 10 cilddə! Zarafat deyil! Bütün yazıçıların konformist mövqe tutduğu indiki zamanda Seymur təkdir, yeganədir, buna görə də qiymətlidir..." - R.Qaraca deyib.

Xatırladaq ki, "Mənim mübarizəm"in 10-cu cildinə S.Baycanın müsahibələri və məqalələri toplanıb.

Kitab "Alatoran" nəşriyyatı tərəfindən nəşr edilib.


Anadil.az




Oxunub: 275
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR