Anadil: Oktyabr ayı 2023-cü il üzrə Nobel mükafatı qaliblərinin adlarının açıqlanması ilə əlamətdar olub.
Builki mükafatçıları təqdim edirik:
XXX
Fziologiya və ya tibb sahəsi üzrə - macar alim Katalin Kariko və amerikalı Dryu Uessman (COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nukleozid bazasının modifikasiyası ilə bağlı kəşflərinə görə);

Fizika üzrə - fransız-amerikalı fizik Pyer Aqostini, alman Ferens Kraus və fransız Ann L’Uilye (materiyada elektron dinamikasının öyrənilməsi üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara görə);

Kimya üzrə - ABŞ-da yaşayan alimlər Munqi Bavendi, Luis Bryus və Aleksey Yekimov (kvant nöqtələrinin kəşfi və sintezinə görə);

Ədəbiyyat üzrə - Norveç yazıçısı Yun Fosse (səsləndirilməsi mümkün olmayan fikirləri ifadə edən innovativ pyeslərinə və nəsr əsərlərinə görə)

Sülh nominasiyası üzrə - əslən Zəncandan olan, Güney Azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi (İranda qadınların zülmünə qarşı və hamı üçün insan haqları və azadlığının təşviqi istiqamətində apardığı mübarizəyə görə);

İqtisadiyyat üzrə - amerikalı Klaudiya Qoldin (qadınların əmək bazarında rolunun öyrənilməsinə görə).

Anadil.az