Anadil Rəbiqə Nazimqızının yeni şeirini təqdim edir:
XXX
Nə qüssən var, çəkərəm
Səndən alıb, dişimə.
Saçımdan köynək hörüb
Geydirərəm, üşümə.
Sənə at bağışlaram,
Qanadları qarğıdan.
Tərkində qaçırarsan
Məni də yüz qayğıdan.
Simurq tükü olaram,
Bircə sən dara düşmə.
Saman çöpü olaram,
Amma çaylara düşmə...
Ömrümdən ev tikərəm,
Könlümdə bağ quraram.
Yüz sözü daşıyaram,
Min baxışı qıraram.
Hara desən, gələrəm,
Çağırsan: "gəl yanıma"
Sənə hasar çəkərəm
Qollarımdan ayrılma.
Anadil.az
XXX
Nə qüssən var, çəkərəm
Səndən alıb, dişimə.
Saçımdan köynək hörüb
Geydirərəm, üşümə.
Sənə at bağışlaram,
Qanadları qarğıdan.
Tərkində qaçırarsan
Məni də yüz qayğıdan.
Simurq tükü olaram,
Bircə sən dara düşmə.
Saman çöpü olaram,
Amma çaylara düşmə...
Ömrümdən ev tikərəm,
Könlümdə bağ quraram.
Yüz sözü daşıyaram,
Min baxışı qıraram.
Hara desən, gələrəm,
Çağırsan: "gəl yanıma"
Sənə hasar çəkərəm
Qollarımdan ayrılma.
Anadil.az