Anadil: Noyabrın 1-də Azərbaycanın görkəmli şairi Məmməd İsmayılın doğum günüdür. Onun 84 yaşı tamam olur. Bu münasibətlə Məmməd bəyi təbrik edirik, ona sağlamlıq arzulayır, həyat eşqinin və yaradıcılıq şövqünün indiyədək olduğu kimi bundan sonra da tükənməməsini diləyirik.
XXX
(Məmməd İsmayılın 9 il öncə, Məmməd İsmayılın Türkiyədə, Çanaqqala şəhərində yaşadığı və dərs dediyi dövrdə Elnur Astanbəyli ilə söhbətindən parçalar)
– Məmməd bəy, hazırda Türkiyədə yaşayırsınız, çalışırsınız. Oradan baxanda Azərbaycanın, onun insanlarının siyasi, iqtisadi durumundan tutmuş mənəvi-psixoloji durumunacan ümumi mənzərəni necə görürdünüz, indi – 20 gündən artıqdır burada olduğunuz müddətdə necə görürsünüz?
– Mən bu məmləkətin qayasından, daşından qopub Türkiyəyə gedən bir parçasıyam. Özümlə o qayanın, o daşın bir xassəsini aparmışam, boşluğum isə burada qalıb. Nə qədər unutmağa çalışsam da bu, mümkün deyil, burada o qalan boşluğun məni özünə çəkməcsindən təbii nə ola bilər. Nə qədər “orada nə baş verir, versin mənə nə?” demək istəsəm də, - ki, mən bunu heç vaxt demirəm, deyə bilmərəm də! – hər zaman daxilimdə Azərbaycan haqqında düşünmək, Azərbaycanda baş verənləri izləmək və saf-çürük etmək ehtiyacı duyuram. Bilirsən, Türkiyə türklərinin bir sözü var, “adaptə olmaq”, yəni uyğunlaşmaq. Mən fiziki cəhətdən bəlkə də Türkiyəyə asan uyğunlaşa bildim, çünki oranın ümumi ab-havasından, yaşam atmosferindən irəli gələn bir rahatlığı var. Amma mənəvi cəhətdən o rahatlığı tapa bilirəmmi? Əmin ol ki, yox. Sanki gizli naqillərlə, gözə görünməyən xətlərlə içimə bir mənfi enerji dolur, o mənfi enerjinin mənbəyi də buradır – Azərbaycandır, onun düşdüyü ağır vəziyyətdir. Buradakı problemləri bütün varlığımda hiss edirəm və bəzən mənə elə gəlir ki, Türkiyədə yox, əslində elə Azərbaycanda, o dərdlərin, qayğıların içində yaşayıram. Bilirsən ki, hazırda Çanaqqalada işləyirəm, oradan İstanbula 6 saatlıq yoldur. Mən o yolu könül rahatlığı ilə gəlirəm. Amma hər dəfə İstanbuldan bura, anamın uyuduğu torpaqlara uçarkən təyyarə Bakının üzərinə çatanda, Anadolu türkləri demiş, “allak-bullak” oluram, sanki eyni vaxtda minlərlə iynə sağdan-soldan bədənimə sancılır, dəhşətlər içində təyyarədən enirəm və enən kimi, mənim üçün hər dəfəki eyni bəlalar başlayır.
– Hansı bəladan söhbət gedir?
– Əzizim, hər bir insanın öz aurası var, bu fərqli auralar birləşib bütöv bir məmləkətin (həm də millətin!) ümumi havasını, atmosferini yaradır. Azərbaycanda vəziyyət belədir ki, ümumi halda insanların aurasına kin, nifrət havası hakimdir, bu da istər-istəməz məmləkətin havasını dözülməz edir, sanki boğulursan... İlin 365 gününü belə bir havada yaşayanlar bəlkə də bunu bir o qədər hiss etmirlər, amma Azərbaycana kənardan ayaq basan hər kəs ilk andan, ilk addımdan kin, nifrət, həsəd havasından boğulduğunu, hər tərəfi sarmış qazanc aurasının, yalan aurasının, yaltaqlıq aurasının içində nəfəsinin çatmadığını asanlıqla hiss edə bilər. Baxırsan – binalar gözəl, küçələr gözəl... Amma bu gözəlliyin içində bir çəkilməz faciə, bir ağrı var...
– Dediyiniz o gözəllikdə çatışmayan, insanı ağrıdan nədir, Məmməd bəy?
– Bu gözəllikdə çatmayan, əskik qalan çox şey var, amma ən önəmlisi ədalətin yoxluğudur. Ədalət hər şeyin başıdır, onun olmadığı yerdə başqa nədən söhbət gedÿ bilÿr ki?! Ədalətin yoxluğudur yaraşıqlı binalarla insanların kədərli üzü arasında bu dərin uçurumu, ziddiyyət yaradan. Baxın ətrafınıza, nə qədər insanın üzündə sevinc, təbəssüm, işıq görürsünüz? Belə yaraşıqlı, bəzəkli binaları olan şəhərin insanları niyə bu qədər qaraqabaq, kədərli görünürlər, niyə mənfi enerji saçmaqdadırlar? Səbəb məhz o dediyim ədalətin yoxluğudur. Bir ovuc adam ölkənin yeraltı-yerüstü bütün sərvətlərinə sahiblənib, özlərinə təmtəraqlı həyat qurub, yerdə qalanlar isə səfalət adlı bataqlıqda çürüyüb getməkdədirlər. Qonşusu səfalət içində yaşayan zənginin davamlı xoşbəxtliyinə inanmaq sadəlövhlük olardı. İkinci ən önəmli çatışmazlıq – azadlığın yoxluğudur. Bir millətin və məmləkətin azadlığı ilk növbədə onun şairinin, yazıçısının, aliminin azadlığından başlayır. Hanı, varmı bizim bütün ruhu, qəlbi ilə azad olan belə şairimiz, yazıçımız, yaradıcı adamımımz? Varsa da sayları bir əlin barmaqlarından azdır. Azadlıq fiziki hadisə deyil. Məhbəsə düşüb də azad olmaq mümkündür. Servantesi xatırlayın. O, dünya ədəbiyyatının şah əsərlərindən saydığımız “Don Kixot” romanını türmə divarları arxasında yazmışdı. Çünki daxilən azad idi, düşüncəsi, ilhamı azad idi. Dediyim odur ki, dəbdəbəli saraylarda yaşayıb kölə olmaq da mümkündür, dəmir barmaqlıqlar ardına atılıb azad olmaq da.
– Bayaq “Bir millətin və məmləkətin azadlığı ilk növbədə onun şairinin, yazıçısının, aliminin azadlığından başlayır” söylədiniz. Bu məntiqdən çıxış etsək, Azərbaycan nə qədəır azaddır?
– Bilirsən, bəlkə bir az şablon səslənəcək, amma gerçəklik ondan ibarətdir ki, əsl şair, yazıçı, küll halında yaradıcı adamlar hər zaman dövrlərinə, rejimlərinə müxalifdə olmuşlar. Onların hakimiyyətlərə qarşı duruşu həmin hakimiyyətləri özlərinə çəki-düzən verməyə, eyiblərini düzəltməyə məcbur etməlidir. Yaxşı, şair-yazıçı da dövrünün eybəcərliklərinə güzgü tutmayacaqsa, rejimlər nəyə baxıb xətalarını, əyriliklərini görəcəklər? Şair-yazıçının sözü, qələmi müxalif olmayacaqsa, onun yaşadığı mühitin murdarları kimdən qorxacaqlar, kimdən çəkinəcəklər? İndi Azərbaycanda elə vəziyyət yaranıb ki, şairi, yazıçını, alimi “əl quzusu”na çeviriblər, birini orden-medalla susdururlar, o birini təqaüdlə, digərini evlə...
– Amma məsələn, siz “əl quzusu” olmadınız, bunun üçün edilən təklifləri geri çevirdiniz. Deməli, əsas məsələ yaradıcı adamın iradəsidir...
– Əlbəttə! Rejimlər həmişə istəyir ki, şairlə, yazıçı ilə toqquşmada olmasın. Bunun üçün də onları susdurmaq, tabe etdirmək üçün əlindəki geniş imkanları işə salır. Bütün çağlarda belə olub, indi də belədir. Sadəcə, gərək yaradıcı adamın iradəsi, əxlaqı çatsın ki, yalnız əldə etmək haqqında düşünməsin, bir az da imtina etmək haqqında düşünsün. Vaxtilə mənə də təkliflər olurdu ki, alım payımı, sakitcə oturum. Amma mən bunu necə qəbul edə bilərdim?! Ona görə də bu gün Məmməd İsmayıl hazırki Azərbaycan mühitinin ağ şalvarında qara yamaqdır... Bilirsən, artıq hamı başa düşməlidir ki, tənqidi fikirə görə dünya dağılmır. Tənqidsiz, müxalif fikirsiz, özgür düşüncəsiz bir ölkə artıq ölkə deyil, əvvəlcədən qurulmuş teatr səhnəsidir... Hərdən eşidirəm, mənə də deyirlər, “bunun başı xarabdı, o boyda vəzifələrdə işlədi, özünə, övladlarına bir gün ağlaya bilmədi, indi də bu yaşda düşüb çöllərə...”
– Belə münasibət sizi kədərləndirir?
– O mənada kədərləndirir ki, axı bu adamlar niyə elə fikirləşir, şair, yazıçı illah yaltaqlıq eləyib özünə, balalarına gün ağlamalıdır?! Budurmu Azərbaycan toplumunun milli ideologiyası,azərbaycanlı zehniyyəti?! Mən qalanda mən öz halımdan məmnunam. Ona görə də çıxıb istənilən yerdə, istənilən tribunadan özgür danışa bilirəm, doğru bildiklərimi heç kimdən və heç nədən çəkinmədən söyləyirəm. Bu çox dəhşətli vəziyyətdir ki, indi pul bizdə çoxlarının “allah”ına çevrilib. Bir millətin ki, pul "Allahına" çevrilə, o millətin sabahından nə gözləyərsən? Başda oturanlar hesab edirlərsə ki, bu qədər pulları var, həmin pulla təkcə maşınlar, mülklər yox, həm də adamları, onların əqidəsini, ruhunu satın almaq mümkündür və alırlar, belə ölkədə necə dözəsən, nə qədər dözəsən?! Mən də buna görə çıxıb getdim Türkiyəyə, təvazökarlıqdan uzaq səslənməsin, hansı ki, orada Məmməd İsmayılın dəyərini bilirlər, anlayırlar. Burada isə təsəvvür edin ki, adım, şeirlərim dərsliklərdən şıxarılıb. Bu ölkənin ədəbiyyat dərsliklərində əsərimə yox, adıma da rast gəlməzsiniz. Elə vəziyyət yaradıblar ki, adamlar mənim adımı çəkməkdən də qorxur, ehtiyatlanırlar. Halbuki, başqa ölkələrdə yaradıcılığıma verilən dəyər göz qabağındadır.
– Vətəndə sizə olan münasibəti özünüzə dərd eləyirsiniz?
– Əsla! Əgər indi mənim yazdıqlarım Ankarada, İstanbulda, Rusiyada, Fransada vəs ölkələrdə dərc edilib təqdir olunursa, şeirlərimə, adıma Azərbaycanda yasaq gətirilməsindən niyə narahat olmalıyam? Bu həmin vəziyyəti yaradanların utancıdır. Həmdə Azərbaycan onun mürtəce yönəticilərindən ibarət deyil ki? Şükürlər olsun ki, millətimiz sevgidən qısır deyil. Və uzaqda olsam da, o millət sevgisini damarlarımda çağlayan qanda davamlı hiss edirəm...
– Məmməd bəy, qarşıdan 75 illik yubileyiniz gəlir. Bununla bağlı, Azərbaycandan gözləntiləriniz nədir?
– Əgər sən “Azərbaycandan gözləntilər” deyərkən hansısa rəsmi təltifi nəzərdə tutursansa, deyim: nə mən bunu istəyərəm nə mənə bunu təklif edərlər. Ümumiyyətlə, mənim heç bir mükafatda, ya da fəxri adda gözüm yoxdur, öz adım dünyanın ən gözəl adıdır, Məhəmməddir. Digər tərəfdən, dostum Sinelnikovun təbiri ilə desək, heç də bütün iqtidar sahibləri sənətkarlara münasibətdə ağılla hərəkət edib yüksək davranış səviyyəsinə çata bilməyiblər. Burada qeydə dəyər istisnalar yox deyildir. Məsələn, Yuli Sezarı... Qədim dünyanın önəmli yunan şairi Katul onun haqqında sətirləri min illərdir ağıllardan silinməyən öldürücü satiralar yazıb. Lakin Katulun dəyərini bilən, onun sözlərinin ölümsüzlüyünü hiss edən Sezar, nəinki onunla yaxşı davranmışdı, hətta dəfələrlə onu saraya, kef məclislərinə dəvət etmiş, onun yazdıqlarına əsla eyham vurmadan həvəslə söhbətləşmişdi etmişdi. Bəli, belə bir davranış və cavab üçün, görünür, Sezar ruhunun böyüklüyü gərəkdir. Bədənin ən kiçik, gözəgörünməz üzvü vicdandır, amma onun sızlaması bütün ağrıların başında gəlir... Mənimçün indiki halda gecələr başımı vicdan rahatlığı ilə yastığa qoyuramsa, bundan gözəl mükafat ola bilməz. Azərbaycandan gözləntim bu məşəqqətli günlərin bitməsidir. Hara gedir bu məmləkət?! Necə olacaq bu millətin axırı?!.. Azərbaycan ədalətli, demokratik bir ölkə olsun, başqa heç bir istəyim yoxdur. Həyatımı bu günədək ləyaqətlə yaşağa çalışdım, beləcə də başa vuracağam... Mən bu yolu seçdim. Seçdiyimə də əsla peşman deyiləm!
– Siz bunları danışırsınız, çevrəmizdən isə məsələn, bahalı maşınlar şütüyür, o bahalı maşınların içində həyatını maddi baxımdan hər cür təmin etmiş və maddiyyatdan kənarda heç bir qayğısı olmayan adamlar oturub, indi onlardan hər hansı biri təsadüfən sizi dinləsə, yəqin bu dediklərinizə qəhqəhə ilə gülərdi...
– Əvvəla, adamı dəhşət bürüyür ki, ilahi, bu ölkədə biriləri hansı keyfiyyətləri, bacarıqları ilə özlərinə bu cür dəbdəbə, təmtəraq düzəldiblər. Elələri var, qarşısına beş qoyun qatıb örüşə göndərsən, üçünü itirib qayıdar, amma sürdükləri həyata, həyatlarındakı komforta baxırsan, əlin üzündə qalır. Mən inanmıram, tarixin başqa hansısa dövründə haramın əli bu ölkədə bu qədər uzun olmuş olsun, hər yerə çata bilsin... Bilirsən, dünyada 40 il də yaşamaq olar, 70 il də, 100 il də. Amma önəmli olan odur ki, dünyadan əliboş getməyəsən. Hər insan dünyaya missiya ilə gəlir, amma bir var bu missiyanı dərk edəsən və həmin missiya ilə üzüağ bir ömür yaşayasan, bir də var missiyanı dərk etməyib unudub Tanrının hüzuruna üzüqara gedəsən. İkincilərin sənin dediyin o qəhqəhəsi, o şaqqanağı bizi təəccübləndirməməli, incitməməlidir. Əslində bizim onlara yazığımız gəlməlidir ki, niyə, nə üçün yaşadıqlarının fərqində deyillər. Heç insan ömrünün də məqsədi pula hərislik, sərvətə düşkünlük ola bilərmi? Ola bilərsə, bundan dəhşətli bir faciə, bundan ağır bir bədbəxtlik təsəvvür etmirəm...
– Məmməd bəy, bir az da ədəbiyyat haqda danışaq. Siz Azərbaycanda həm də ədəbi mənada hadisə olmuş "Gənclik" jurnalını yaratmısınız. Bu günün bir çox tanınmış imzaları ilk dəfə həmin dərgidə çap olunublar. Bilmək istəyirəm: günümüzdə Azərbaycanda yeni şer və nəsr axtarışlarını necə dəyərləndirirsiniz? Bunu həm də ona görə soruşuram ki, belə cəhdlər yaşlı ədəbi nəsil tərəfindən inkar edilir, top-tüfənglə qarşılanır...
– Dünyaya gəlmək bizdən asılı olmadığı kimi, hansı məkanda və zamanda dоğulmаq da bizdən asılı deyil. Bu mənada indiki ədəbi gəncliyin şansı ondadır ki, onları ölkənin, nə də olsa, özgürlük zamanı qarşıladı. Və hаmı öz təcrübəsindən bilir ki, pismi, yaxşımı, hər kəs gözümüzü açdığımız dünyanın bizdən əvvəl, ya da bizdən sonra gələnlərin yox, məhz onların dünyası olduğu düşüncəsindədir. Bic və hiyləgər dünya da əvvəl-əvvəl bu sahiblənməyə pis gözlə baxmır, o vaxtacan ki, gələnlərin atadan-anadan hazır məhəbbəti və enerjisi hələ tükənməyib, hələ doymuş məhlula, sönmüş vulkana dönməyə çox qalır. Bu mənada böyüklərin qəbul edib-etməməsindən asılı olmayaraq, ədəbiyyata yeni gələnlərin yenilik ehtiraslarına dözmək olar, hətta bu lazımdır da. Çünki gənclik ömrün ən inqilabi, özünü arama, tapmaq, özül bağlamaq mərhələsidir! Bic və hiyləgər dünya onu da bilir ki, qazanılanların arxasınca itirmələr başlayacaq! Daşıyıcı raketlərin vəzifəsi peykləri cazibəsindən qurtarana qədərdir. Atadan, anadan verilən hazır məhəbbərin də ömrü o qədər olur. İndiki ədəbi gəncliyin şansı ondadır ki, onların gəlişi Azərbaycan ədəbiyyatının inqilabi altmışıncı illər nəslinin tarixə qovuşduğu, sonrakı ədəbi nəsillərin isə iki rejim arasında, yol ayrıcında, tərəddüd dönəmində, ara zamanda çapaladığı zamana təsadüf edib. Bəlkə buna görə də onlar bu boşluqdan şüuraltı şəkildə yararlanmağa, olanları inkara və özlərini bir an öncə təsdiqə can atdılar. Unutdular ki, hər ədəbi nəsil elə onlar kimi dünyaya və ədəbiyyata gəlir. İntəhası, bu gün ədəbiyyat meydanında at oynadan gəncliyin şansı, dediyim kimi, onları özgürlük zamanının qarşılamasıdır. İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatında onlara təlqin edilmiş eyni adları təkrarlamaq yerinə, özlərinin seçimlərini və özünütəsdiqlərini formalaşdırmaq üçün yeni nəsilə xeyli vaxt lazım gələcək. Ucalıqlar ancaq çəkilən zəhmətlərlə əldə edilir. Bu günkü gəncliyə ədəbiyyatın qürbətindən vətəninə mümkün qədər tez keçmələrini arzulayıram.

Anadil.az