Anadil Azərbaycanın sevilən müğənnilərindən biri olmuş Nəzakət Məmmədova ilə bağlı maraqlı faktları təqdim edir.
***
Nəzakət Məmmədova 1944-cü il fevralın 28- Gəncə şəhərində anadan olub. Atasını erkən yaşlarda itirib.
***
Ailə üzvləri Nəzakət xanımın müəllim olmasını istəyiblər. O bu istəyi nəzərə alaraq Bakıya gəlib və Xarici Dillər İnstitutuna daxil olub. Lakin sonradan təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olub.
***
Nəzakət xanımı dinləyən görkəmli sənətkarlarımız Əhməd Bakıxanov və Hacıbaba Hüseynovun onun səsini yüksək qiymətləndiriblər. Gənc qızın ifa etdiyi "Bayatı-Qacar"ı çox bəyəniblər.
***
Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışıb. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxıb.
***
Yeri gəlmişkən, Nəzakət xanım dünyadan köçərkən "Lalə" qızlar ansamblının bədii rəhbəri, xalq artisti Ceyran Haşımova ilə küsülü olub. Buna səbəb Ceyran xanımın ondan inciməsidir. Xalq artistinin dediklərindən: “Mən o zamanlar “Lalə” qızlar ansamblı üçün yeni sima axtarırdım. Tələbələrimin tövsiyyəsi ilə Nəzakət Məmmədovanın səsinə qulaq asdım, xarici görünüşü xoşuma gəlməsə də səsini bəyəndim və onu ansamblımda çalışmağa götürdüm. O zamanlar Asəf Zeynallı adına musiqi kollecinin 1-ci kurs tələbəsi idi. Mən Nəzakətə sərf etdiyim əməyi heç bir müğənni üçün etməmişəm... Məşhurlaşdıqdan sonra onu Azərbaycan radiosunda verilişə dəvət etdilər. Bir saatlıq proqram onun yaradıcılığına həsr olunmuşdu. Bu zaman ərzində o, bir dəfə də olsa nə mənim, nə də ansamblın adını çəkmədi. İnanın, bu mənə çox pis təsir etdi. Səhər məşqə gələndə, mən onu işdən çıxardım. Bu hadisə mənə çox pis təsir etdi...Sonradan məni görəndə heç salam vermək istəmirdi. Ondan qəlbim elə sınmışdı, vəfat edəndə belə mən onun məclisində iştirak etmədim".
***
Bu incikliyə baxmayaraq sonralar Ceyran xanım N.Məmmədova ilə bağlı yüksək fikirlər səsləndirib: " Nəzakət Məmmədova gözəl səsi, özünəməxsus ifa tərzi, səhnə mədəniyyəti ilə ilk baxışdan diqqətimi çəkmişdi. Onun nailiyyətləri məni çox sevindirdi. Tez bir zamanda xalqın sevimlisinə çevrilmişdi. Ən məşhur ansambllar onu oxumağa dəvət edirdilər. Nəzakətlə saatlarla mükəmməl məşq edirdik. Mahnını çətinliklə götürsə də, çalışqan, məsuliyyətli və qabiliyyətli olduğundan öyrəndiyi hər bir mahnını qüsursuz, düzgün oxuyurdu. Muğamları özünəməxsus tərzdə ifa edirdi. Zənguləli səsinin çalarları həm zilə, həm də bəmə çatan müğənni kimi həmişə ansamblda digərlərindən fərqlənirdi" ("Mədəniyyət qəzeti, 4 apre, 2012-ci il).
***
Yazıçı-publisist Mustafa Çəmənli «Leyli və Məcnun 100 il səhnədə» kitabında Nəzakət Məmmədovanın ifası barədə yazır: “Nəzakət Məmmədova bir müğənni kimi tamaşaçıların, sənət adamlarının diqqətini çox tez özünə cəlb eləmişdi. Onu birinci arayıb axtaran, teatra gəlməzdən öncə evinə dəvət edib Leyli roluna hazırlaşdıran Bəhram Mansurov olmuşdu. O, 1968-ci ildə Opera və Balet Teatrına gələndə Leyli roluna, demək olar ki, tam hazır idi, qalırdı rejissorların göstərişinə əməl etməyi. 1971-ci il yanvarın 2-də Nəzakət Məmmədova Leyli, Baba Mahmudoğlu Məcnun rolunda səhnəyə çıxdılar. Hər iki gəncin oyunu uğurlu oldu, onlar böyük tamaşaçı məhəbbəti qazandılar. Nəzakətin Leylisi məlahətliydi, onun boy-buxununa çox yaraşırdı. N. Məmmədova təkcə «Əsli və Kərəm»də Əslini, «Aşıq Qərib»də Şahsənəmi də oynamışdı. Və bu rollarda da kifayət qədər uğur qazanmışdı».
***
Nəzakət xanım özünəməxsus ifası ilə nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da sevilib. Müğənninin qastrol səfərlərində olduğu Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya və s. ölkələrdəki konsertləri anşlaqla keçib.
***
Özünəməxsus ifa tərzi ilə seçilən, səhnədə şən, şaqraq təsdir bağışlayan Nəzakət Məmmədovanı dinləyiciləri daha çox «Yaxın gəl», «Gəl, inad etmə böylə», «Azərbaycan gölləri», «Azərbaycanım mənim», «Ala göz», «Kəklik» kimi mahnılarla seviblər. Onun Teymur Mustafayevlə oxuduğu «Ay qız» mahnısı Azərbaycan musiqi tarixində ən uğurlu duetlərdən biri kimi qiymətləndirilir.
***
Nəzakət xanımın sənət karyerası ilə müqayisədə, deyilənə görə, ailə həyatı uğursuz alınıb.
Bacısı Kifayət xanımın dediklərindən: "Nəzakət onun kimi insanla ailə qurmaqla həyatının səhvini elədi. Hər gün döyürdü, Nəzakətin üzü-gözü şiş, göy, qançır olurdu. Bir gün o qədər döymüşdü ki, başı, gözü partlamışdı. Mən də anamla getdik onlara. Qarşımdakı jurnal stolu ilə yeznəmi möhkəm döydüm, sonra da Nəzakəti götürüb birdəfəlik o qapıdan çıxardım. Sonra ayrıldılar. Atası Ceyhunla heç maraqlanmadı. İndi o da dünyasını dəyişib".
Lakin bəziləri N.Məmmədovanın sevib-sevilərək evləndiyini, özünü bu evliliyə görə xoşbəxt hiss etdiyini də deyirlər.
***
"Mədəniyyət" qəzetindəki məqalədən: "Bir gün o, pərəstişkarlarından mübhəm bir məktub alır. Məktubda deyilirdi: "Əziz Nəzakət xanım, mən sizi böyük məhəbbətlə sevirəm. Nəğmələrinizin aşiqiyəm. Siz hər oxuyanda - istər radioda olsun, istər televiziyada - mənim bayramım olur. Həmin gün ailəmizdə hər kəs sizi görməklə bəxtiyar olur. Deməliyəm ki, bir qadın kimi də olduqca gözəlsiniz. Bu gözəlliyiniz mahnılarınıza daha bir rəng qatır. Siz oxuyanda diqqətlə ekrana elə baxıram ki, bütün cizgilərinizi əvvəldən bilirəm. Məni bağışlayın, amma bir qüsurunuzu da görmüşəm. Elə bil boğazınızda qəribə qırışlar var. Təbiət sizə boy-buxun, gözəllik, məlahətli səs verib. Kaş bu qüsurunuz da olmayaydı.
Məktubumu və sözlərimi səmimi qəbul edin. Mən sizi layiq olduğunuz kimi daha gözəl görmək istəyirəm. Amma neyləmək olar?! Çox təəssüf ki, təbiətin qüsurunu düzəldəcək bir şey yoxdur. Kaş ki, xilqətin əli qeybdən bu xətləri də düzəldə biləydi. Amma mən sizi belə də sevirəm. Bu sadəcə, arzudan başqa bir şey deyil. Mən sizə böyük yaradıcılıq uğurları və cansağlığı arzu edirəm. Dərin sevgi və hörmətlə...".
Bəlkə də bu məktubu yazan şəxs bilmirdi ki, bu etirafları ilə zəhərli oxlar atır. 36 yaşındakı müğənninin bu məktubdan sonra dincliyi dəhşətli şəkildə pozulur. Ağlagəlməz komplekslər başlayır. Bu məktub sanki əcəlin son çağırışı idi. O, şərflərə, muncuqlara, boğazı örtən geyimlərə daha inadla sarılır. Paralel olaraq kosmetoloqların, həkimlərin ünvanlarını axtarır. Aydın məsələ idi ki, bu işi Bakıda heç kim görə bilməzdi. O, bir neçə sənət dostunun məsləhəti ilə Moskvaya, oradan Soçiyə üz tutur". (4 aprel, 2012)
***
Nəzakət xanım 21 oktyabr 1982-ci ildə elə Soçidəcə faciəli şəkildə vəfat edib. Belə ki, burada Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boğazındakı qırışlardan azad olmaq istəyib. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.
Bədxah həkimin qurbanı olan, adını daşıyan nəvəsi bədbəxt hadisədə ölən, qəbri köçürülən müğənnimiz - MARAQLI FAKTLAR
***
Bacısı Kifayət xanımın sözlərinə görə, Nəzakətin ölümündə müxtəlif adlar hallansa da, bu yanlışdır: "Onu heç kim vurub öldürməyib. Nəzakətin düşməni də yox idi..."
***
Yeri gəlmişkən, Kifayət xanım müğənninin ölümünə bais olan şəxslərin cəzalandırılması üçün uzun müddət mübarizə aparıb. Nəticədə istəyinə çatıb.
Əslən erməni olan həkim Karol bu cinayətkar əməlinə görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilib.
***
Nəzakət Məmmədovanın ölümündən sonra onun xatirəsini yaşatmaq üçün adı nəvəsinə – oğlu Ceyhunun qızına verilib. Lakin balaca Nəzakətin də taleyi uğursuz alınıb.
Nəzakət xanımın bacısı Kifayət xanımın dediklərindən: "Bacıların içində mənim maddi imkanım yüksək olub. Çünki böyük bir mağazada müdir işləyirdim, evim, maşınım vardı. Amma Nəzakətin ölümü ilə işləməyə həvəsim qalmadı. O zaman ikimiz də 8-ci mikrorayonda qonşu olurduq. Ceyhunu evləndirdim, ona “İnturist”də dəbdəbəli toy elədim. Ceyhunun qızına Nəzakətin adını qoyduq, dedik Nəzakətin yaşamadığı həyat ona qismət olsun. Amma Ceyhun ailəsi ilə yola getmədi. Boşandı. Balaca Nəzakət isə nənəsinin taleyini yaşadı. İnstituta yenicə qəbul olunmuşdu, dərsdən evə qayıdanda yol kənarında ağac qırılaraq maşının üstünə düşmüşdü. Balaca Nəzakət də belə tələf oldu".
***
Ceyhun özü isə öncə anasının, sonra isə qızının ölümünə çox dözə bilməyib və 43 yaşında dünyasını dəyişib.
***
Qeyd edək ki, Nəzakət xanımın oğluna Ceyhun adını da məhz onun xahişi ilə dünyadan küsülü köçdüyü Ceyran Haşımova verib.
***
N.Məmmədova öncə Çəmbərəkənd qəbirstanlığında dəfn olunub. Ancaq bir müddət sonra o vaxt Gəncədə yaşayan bacısı Kifayət xanımın yuxusuna gəlib. Yuxuda deyib ki, niyə məni Bakıda tək qoymusan? Bundan sonra Kifayət xanım onun məzarını Çəmbərəkənddən Gəncəyə, İmamzadə qəbristanlığına köçürüb.
***
Deyilənə görə, Nəzakət Məmmədova ilə kəlbəcərli məşhur şair Sücaət arasında münasibətlər varmış. Daha dəqiq desək, şair müğənninin aşiqi olsa da aralarında sevgi münasibətləri yaşanmayıb. Şair sadəcə ona məktublar, şeirlər yazıb.
"Moderator" şairin qohumlarının danışdıqlarına əsasən yazıb ki, təxminən 1982-ci ildə Nəzakət Məmmədova Kəlbəcərdəki "İstisu" sanatoriyasında dincəlirmiş. Orada müğənnidən xahiş ediblər ki, konset versin, ancaq Nəzakət Məmmədova Bakıya qayıtmalı olduğunu bildirib. Və söz verib ki, qısa müddətdə qayıdıb orada bir konsert proqramı ilə çıxış edəcək. Müğənni söz versə də sözünə əməl etmir və bir daha ora qayıtmır. Müğənninin yolunu səbirsizliklə gözləyən şair Sücaət o zaman ona bir şeir həsr edir.
Könül, üzü dönmüş yara neylədim
Mən ha əzizlədim, naşıydı, getdi.
Könlümün ilk yarı, ilk sevimlisi
Gözümün son damla yaşıydı, getdi.
Parçalandı eşqi, söndü havası
Naləyə çevrildi könlümün səsi.
Sevgi dünyasının daş ürəklisi,
Nazlı gözəllərin başıydı, getdi.
Qəlbimi sıxsa da yar dönə-dönə,
Sücaət kəm baxmaz məhəbbətinə.
Mən onu sevirəm, sevirəm yenə,
Onun öz keyfiydi, xoşuydu getdi
Şair Sücaət bir müddət keçəndən sonra müğənniyə daha bir şeir həsr edir.
Yaman çətin imiş sənsiz yaşamaq,
Könlüm gecə-gündüz ağlar, qayıt gəl.
Sevəni bir gündə yüz yol öldürər,
Yarsız ötüb keçən çağlar, qayıt gəl.
Demə keçən- keçib, olan-olubdu.
Vaxt olub boşalan bir də dolubdu.
Sən gedəndən saralıbdı, solubdu,
Gül açmır bağçalar, bağlar, qayıt gəl.
Həsrətin ömrümün sarayın sökür,
Qəlbim haray çəkir, gözüm qan tökür.
Sücaət vətəndə qəriblik çəkir,
Qürbətə dönübdü dağlar, qayıt gəl.
Bu şeir yazılandan bir müddət sonra Nəzakət Məmmədovanın ölüm xəbəri yayılır. Şair Sücaət müğənninin məzarı üstə gedir və orada Nəzakət Məmmədovaya sonuncu "Barışmağa gəlmişəm" şeirini yazır.
Dur əzizim, barışmağa gəlmişəm,
Dözəmmirəm, dözüm sənsiz qalıbdı.
Öz ürəyim öz sinəmi isitmir,
Odum sənsiz, közüm sənsiz qalıbdı
Kövrəlmişəm, elsiz dağa dönmüşəm,
Saralmışam barsız bağa dönmüşəm.
Bir kimsəsiz kür uşağa dönmüşəm,
Qan ağlayır, gözüm sənsiz qalıbdır.
Sücaətəm, şamda mənəm, çıraq da,
Sən getmisən, mən qalmışam soraqda.
Yazdıqlarım buza dönüb varaqda,
Şerim sənsiz, sözüm sənsiz qalıbdı.
Elçin Şahmurad,
Anadil.az