Anadil İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi “Ən yaxşı Avropa filmi” nominasiyasında nüfuzlu “Qoyya” mükafatı uğrunda müsabiqəyə qatılıb. Bu, Azərbaycan kinosu tarixində bir ilkdir. Filmi müsabiqəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təqdim edib.
AKİ-dən verilən məlumata görə, İspaniya Kino Sənəti və Elmləri Akademiyası tərəfindən təsis olunmuş (Academia de las Artes y las Ciencias Cinematográficas de España (Academy of Motion Picture Arts and Sciences of Spain) mükafat “Oskar”. “BAFTA”, “Sezar”la yanaşı Kino Akademiyaları tərəfindən təqdim edilən ən nüfuzlu kino mükafatlarındandır.
Aleksandra Amnebar, Pedro Almodovar, Karlos Saura kimi nüfuzlu kinorejissorlar "Qoyya"nın qalibi olublar.
Qeyd edək ki, İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi “Ən yaxşı Avropa filmi” kateqoriyasında Şarlot Velsin “Günəşdən sonra” (Britaniya), Castin Trietin ”Payızın anatomiyası” ( Fransa), Asimina Proedrounun “Saman tayalarının arxasında” (Yunanıstan), Karmen Jakuerin “İldırım” ( İsveçrə), Marko Martinin “Böyük Yarmut: Müvəqqəti rəqəmlər” ( Portuqaliya), Şarlot Vandermerşin və Felika Van Groeningenin “8 dağ” ( İtaliya), Juraj Lerotiçin “Təhlükəsiz saray” (Xorvatiya), İlker Çatakın “Müəllimlər zalı” (Almaniya) və Löik Tansonın “Sonuncu küllər” (Lüksemburq) adlı ekran əsərləri ilə yarışacaq.
Dünya premyerası Busan Beynəlxalq Film Festivalında (Cənubi Koreya) baş tutan "Suğra və oğulları" Hindistan, İsveçrə, ABŞ və Almaniyanın nüfuzlu kino meydanlarında nümayiş etdirilib, “Asiya və Sakit Okean ölkələri Kino Akademiyasının”( Asiya “Oskar”ı) mükafatına “Ən yaxşı ssenari” kateqoriyasında nominant olub.
Baş rollara Günəş Mehdizadə, İlqar Cahangir, Rasim Cəfər və Aydan Həsənzadənin çəkildiyi filmdə uşaq aktyorlar Hümbət Əhmədzadə, Paşa Məmmədli ifa oynayıb.
Filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşcu operatoru Avropa kinoakademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).
Anadil.az