Anadil: Bu gün dünya ədəbiyyatının klassiklərindən biri, rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin (1821 - 9.2.1881) doğum günüdür.
O, “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evi”ndən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” kimi romanların müəllifidir.
Dostoyevski barədə 10 maraqlı faktı təqdim edirik:
XXX
1
Dostoyevskinin 1866-cı ildə yazdığı “Cinayət və cəza” romanı ədəbiyyatda əsl hadisəyə çevrildi. Oxucu, özünü adam öldürməyə “haqqı çatan” insan hesab edən Raskolnikovun yaşantılarına, fikirlərinə, düşüncələrinə biganə qala bilmir. Dostoyevski bu romanı yazanda adam oldürmək onun üçün “su içmək kimi asan” olan fransız şairi və cinayətkarı Lasenerdən “ilhamlanıb”.
Lasener öz cinayətlərinə haqq qazandıraraq deyirdi ki, o, cəmiyyətin qurbanıdır və adam öldürməklə sosial ədalətsizliyə qarşı mübarizə aparır.
Bu mənada "Cinayət və cəza" dünya ədəbiyyatı tarixinə real hadisələr əsasında qələmə alınmış ən məşhur əsərlərdə biri kimi düşüb.
2
Fyodor Dostoyevski məktublarının birində həyat yoldaşına belə yazırdı:
“Əziz mələyim Anna! Qarşında diz çökür, sənə sitayiş edir və ayaqlarını öpürəm. Əziz dostum, on il səni sevdim, bəzən mübahisələr etsək də, sözümüz çəp gəlsə də, yenə səni ölənə qədər sevdim”.
Qeyd edək ki, tale yolları birləşəndə Annanın 20, Fyodor Dostoyevskinin 40 yaşı vardı. Bu sevgi işgüzar münasibətlər zəminində yaranmışdı. İlk əvvəl Anna dahi yazıçının stenoqrafçısı kimi çalışırdı. Sonralar birgə yaşadıqları dövrdə Anna evi idarə edir, ailə büdcəsini müəyyənləşdirir, bununla bərabər, yazıçıya yaradıcılıq işlərində də kömək etməkdən yorulmurdu. Belə ki, Anna korrektədən sonra yazıları bir də oxuyur, stenoqrafçılıq işinə davam edir, həmçinin ərinin kitablarının nəşri və satışı ilə məşğul olurdu.
Yeri gəlmişkən, Dostoyevskinin qumarı tərgitməsində də Annanın təsiri az olmayıb.
3
Bütün zamanların ən böyük alimlərindən biri, Nobel mükafatı laureatı Albert Eynşteyn (1879–1955) həyatı boyunca Dostoyevskinin "Karamazov qardaşları" romanını dəfələrlə oxumuşdu. Məşhur fizik deyirdi ki, heç bir əsər onu “Karamazov qardaşları” qədər həyəcanlandırmayıb. Bu əsərin məğzinə varmaqda ona öz hissləri – parlaq və sevinc dolu hissləri yardımçı olmuşdu.
Eynşteyn əlavə edirdi: “Bəli, məhz parlaq və sevinc dolu hisslər! Mən “Karamazovları” oxuyarkən yaşadıqlarımı ifadə etmək üçün başqa söz tapa bilmirəm. Başqalarının ədəbi əsərlərdən nələr gözlədiyini deyə bilmərəm, mənim üçün isə əsas olan mənəvi başlanğıcdır, yəni insanı daxilən paklaşdıran və ruhən ucaldan məqamlardır”.
4
Dostoyevski deyirdi ki, məşhur ispan yazıçısı Migel de Servantesin "Don Kixot" romanı onun yaradıcılığına ciddi təsir göstərib.
Oxucu bu yanaşmadan ilk əvvəl təəccüblənəcək. Satira və ironiya ilə dolu Servantes bədbin və kədərli Dostoyevskini axı necə cəlb edə bilər? Cavab çox sadədir. Belə ki, Don Kixot, əslində, hər an qəhrəmanlıq həvəsiylə yaşayan, ruhən güclü və iradəli bir insanın obrazıdır.
5
Qumarbazlıq Dostoyevskinin pis vərdişlərindən biri idi. 1860-cı illərdə Avropaya səyahəti zamanı qurşandığı bu bəla onu on il boyunca rahat buraxmadı.
O, daha çox ruletka həvəskarı idi. Hər zaman qalib gələ biləcəyi ideal bir sistem icad etməyə çalışsa da, bu onda alınmadı.
Hərdən bəxti gətirirdi, böyük məbləğdə pul udurdu, bunları borclarını ödəməyə sərf etmək əvəzinə yenidən oyuna qoyub dərhal da uduzurdu. Visbaden kazinosunda bir dəfə necə uduzdusa bütün dostlarını və qohumlarını yardım xahişləri ilə dolu məktublarla bezdirdi.
Arvadı və sevgilisi öz bəzəklərini girov qoyaraq pulunu yazıçıya göndərirdilər ki, bir şəhərdən digərinə getmək üçün yolpulu eləsin.
Yazıçının bu pis vərdişi sonralar dəfələrlə ekranlaşdırılan "Oyunçu" əsərinə mövzu oldu.
6
Qumara aludəçilik Dostoyevskini borc bataqlığına sürükləmiş, üstəlik, yaradıcılıq imkanlarını xeyli dərəcədə almışdı. O, naşir dostlarından birinə yazırdı: "Roman ilhamla bağlıdır – mənəvi rahatlıq və təxəyyül tələb edir. Mən isə sıxıntılar və məhrumiyyətlər içində boğuluram. Az qala, hər gün borca görə qapımı döyənlər məni türməylə hədələyirlər. Onlarla məsələni çürüdə bilməmişəm, inanmıram ki, yaxın gələcəkdə də tam həll edə bilim. Doğrudur, gələnlərin bəziləri məni anlayır, dil tapa bilirik. Məsələn, bəzilərini borcu beş ilə verəcəyimə razılaşdırmışam. Bir çoxuyla məsələnin həlli hələ də açıq qalır və düzələnə oxşamır. Belə hallar insanı ruhdan salır, əl-qolunu bağlayır, bəzən isə dözülməz həddə çatdırır...."
7
Dostoyevskinin daha bir vərdişi vardı - o, tez-tez aşiq olur, fahişəxanalara baş çəkirdi.
Yazıçının iki həyat yoldaşı olub.
Birinci arvadı Mariya Dmitriyevna İsayeva ilə özünü heç də yaxşı aparmadı. Toydan əvvəl qıza ürəkgetməsi olduğu barədə xəbərdarlıq etmədi. Tez-tez dalaşdı. Sonra isə özünə bir sevgili tapıb, arvadını çaxotka (vərəm) ilə əlləşməkdə qoyaraq, xaricə gəzməyə getdi.
Dostoyevskinin ikinci evliliyini isə bir qədər uğurlu saymaq olar. Qızlıq soyadı Snitkina olan Anna yazıçıdan 25 yaş cavan idi. Onların evliliyində yalan və aldatma olmadı.
Mariya İsayeva ilə nikahdan Dostoyevskinin uşağı yox idi. İkinci nikahında isə dörd uşağı doğulsa da ikisi elə uşaq yaşında öldü. Qızı Lyubov Dostoyevskaya (1869-1926) yazıçı oldu, İtaliyanın şimalında dünyadan köçdü. Oğlu Fyodor Dostoyevski (1871-1921) atçılıq üzrə tanınmış mütəxəssis idi, ömrünün son illərində isə anasının vəsiyyəti ilə Dostoyevskinin arxivini toplayırdı.ğ
İkinci arvadı ilə Fyodor Dostoyevski "Oyunçu" romanını yazdığı ərəfədə tanış olmuşdu. Anna Snitkinanın 20, Dostoyevskinin 45 yaşı vardı. Roman çox qısa müddət ərzində işıq üzü gördü.
8
Dostoyevskinin həyatındakı ən maraqlı məqamlardan biri edama məhkum edilməsidir.
Yazıçı 1899-cu ildə, faktiki olaraq, ölümün bir addımlığından dönüb və Omska sürgün edilib. İş burasındadır ki, onu "petraşevçilərin" dərnəyində iştirak etdiyinə görə ölüm cəzasına məhkum etmişdilər.
Bu birliyin rəhbəri Mixail Butaşeviç-Petraşevski "dövlət quruluşunun yıxılmasına cəhddə" ittiham olunurdu. Dostoyevski "petraşevçilərin" yığıncaqlarında iştirak edir, Belinskinin kilsəni, çarı, qanunları tənqid etdiyi Qoqola məktublarının çap olunduğu vərəqələrini paylayırdı.
Dərnəyin bütün üzvlərinə ölüm hökmü kəsdilər. Məhkumları güllələnəcəkləri meydana gətirdilər. Ancaq imperator dərnəkçiləri əfv edərək qətli katorqa ilə əvəz etməyə qərar verdi.
"Petraşevçilər"ə bu barədə son anadək heç nə demədilər. Yalnız prosedura görə, onları üç-üç dirəyin yanına gətirəndə əfv olunduqlarını bildirdilər.
Dostoyevski sonralar xatırlayırdı ki, siyahıda altıncı idi, qətli kənardan izləyir və düşünürdi ki, növbəti odur. Birinci üçlükdə olan Nikolay Qriqoryev isə başında kisə güllələnəcəyini gözlədiyi vaxt ağlını itirib dəli oldu.
Fyodorun romanlarındakı qəhrəmanlar çox zaman dəlilik həddində olur, müxtəlif xəstəliklərdən, o cümlədən ürəkgetmədən əziyyət çəkirlər.
Dostoyevski özü isə vərəm nəticəsində boğazından qanaxmadan ölüb.
9
Ədəbiyyatşünaslar və ədəbiyyat tarixçiləri Dostoyevskini başqa bir rus klassiki Lev Tolstoyla üz-üzə qoymağı sevirlər. Hətta onları arasında münasibətlərin kəskin olduğu barədə də mütəmadi danışılır.
Lakin müasir rus yazarı Vladimir Nolletov "Dostoyevski və Tolstoy. Baş tutmayan görüş" adlı məqaləsində əksini iddia edir.
O, iki nəhəng yazıçının bir-birləri ilə tanışlığa can atsalar da, buna nail olmadıqlarını qeyd edir. Belə ki, gənc Tolstoy 1855-ci ildə bir vaxtlar Dostoyevskinin də yaşadığı Peterburq şəhərinə gələrək Turgenev və Nekrasovla görüşdüyünü yazır. Lakin həmin vaxt Dostoyevski sürgündə olduğu üçün Tolstoyun onunla görüşü baş tutmur. Fyodor sürgündən qayıdanda isə Tolstoy artıq Moskvaya yollanmışdı. Filosof və tənqidçi Nikolay Straxov 1877-ci ildə Tolstoya belə bir məktub yazır: "Sizin "Anna Karenina"nız sadəcə möhtəşəmdir. Hətta Dostoyevski də sizi bu əsərinizə görə "sənət aləminin Tanrısı" adlandırır".
Sonralar Dostoyevski özü də gündəliyinə "Anna Karenina" əsəri haqqında yazdığı qeydləri köçürür. "Bu cür romanın müəllifi hazırkı cəmiyyətin müəllimidir, biz də onun tələbələriyik".
Nellotovun yazdığına görə, 1878-ci ildə isə filosof Solovyovun mühazirəsinə Dostoyevski və Tolstoy da qatılırlar. Tolstoy mühazirəyə Straxovla gəlmişdi, lakin Dostoyevskinin də yaxın dostu olan Straxov nədənsə bu iki yazıçını nədənsə bir-biri ilə tanış eləmir.
İki il sonra Tolstoyun Starxova yazdığı məktubda belə bir hissə vardı: "Bu həftə "Ölü evdən qeydlər"i oxudum. Əsərdən doymadım, təkrar-təkrar oxudum. Bu əsərdən böyük zövq aldığımı rahatlıqla deyə bilərəm. Əgər siz yaxın dostunuz Dostoyevski ilə görüşsəniz, onun yaradıcılığını çox sevdiyimi deyin".
Yenə Nellotova inansaq, Straxov həmin məktubu Dostoyevskiyə göstərir. Fyodor bundan bərk təsirlənir və həmin məktubu xatirə olaraq özündə saxlayır.
10
Lakin Dostoyevskinin başqa bir rus yazıçısı Turgenevlə qatı düşmənçilik səviyyəsinə çatan ixtilafı dəqiqdir. Bu barədə Azərbaycanın tanınmış yazıçı-dramaturqu Firuz Mustafanın yazdqılarından oxuyuruq: "Əvvəllər hər iki yazıçının bir-biri ilə münasibəti yaxşı olub.
Amma zaman keçdikcə...
1846-cı ildə nəşr edilən Fedor Mixayloviçin “Bədbəxt adamlar” kitabının cəmiyyət tərəfindən rəğbətlə qarçılandı. Həmin əsəri, hətta, çar I Nikolay da bəyənmişdi. Az sonra Dostoyevskinin “Oxşarlar” əsəri işıq üzü gördü. Gənc Dostoyevskinin əsərini oxuyandan sonra Belinski onu “gələcəyin dahisi” adlandırması idi. Və elə həmin vaxtlar Turgenev (Nekrasovla birgə) bu barədə bir həcv (epiqramma) yazdı. Həmin həcvdə onlar öz həmkarlarının xəstəliyinə (Dostoyevskidə ürəkgetməsi vardı, epilepsiyaya mübtəla olmuşdu) də işarə vurmuşdular. Bundan bək inciyən, üstəlik, hədsiz dərəcədə ruspərəst və İasa Məsih dəlisi olan “Cinayət və cəza” müəllifi dinc durmamışdı. O da öz növbəsində “Ərəfə”nin müəllifini Qərbpərəstlikdə ittiham etmiş və demişdi: "Yaxşı olar ki, Turgenev bir teleskop alıb Rusiyaya uzaqdan tamaşa eləsin".
Sonradan tale onları bir neçə dəfə “yaxınlaşdırdı”. Belə ki, “İqrok”un (“Qumarbaz”ın) müəllifi bir dəfə Almaniyada o vaxt kurort və kazinolar şəhəri hesab edilən Visbadendə özünün olan-qalan pulunu və arvadının az-çox pula gedən bəzək əşyalarını uduzandan sonra naəlac qalıb “Dvoryan ocağı”nın müəllifinə müraciət etməli olmuşdu.
Dostoyevski yazıçı həmkarından yüz taler pul istəmişdi. (“Sizi narahat etdiyim üçün üzr istəyirəm. Hərəkətimdən utanıram, xəcalət çəkirəm. Amma məcburam. Adam "batanda" nə etməlidir?”)
Bu həm Turgenev, həm də o vaxt üçün o qədər də böyük məbləğ deyildi - 3 manatlıq alman gümüş pulu idi. Lakin, necə deyərlər, “düşmən” qapıya gəlmişdi. Turgenev “dostuna” cəmi beş taler vermiş və onlar “mehribanlıqla” ayrılmışdılar.
Di gəl, aradan az keçmədi ki, Dostoyevski öz həmkarını, onun yaradıcılığını yenə, həmişə olduğu kimi, orda-burda gözdən salmaq üçün aşkar və gizli “təbliğat” aparmağa başladı. Keçmiş dostunun “qərbyönlülüyü”, “dələduz” almanlara rəğbət bəsləməsi onu açmırdı. Turgenev hirslənib ona demişdi: “Almanlar haqda ağzınıza gələni danışmayın. Siz bununla məni də təhqir etmiş olursunuz. Artıq mən özümü rus yox, alman hesab edirəm”.
On il sonra Tugenev əsəbiləşib verdiyi pulu tələb etdi və aldı da.
Hər iki yazıçı ömürlərinin sonunacan küsülü qaldılar. Daim Turgenevi təhqiramiz ifadələrlə “xatırlayan” Dostoyevski bir dostuna göndərdiyi məktubda hətta belə yazmışdı: “Tugenev cındır adamdır, mən onu əvvəldən sevməmişəm”. («Тургенев - дрянной человек, я и прежде его не любил...»)
Anadil.az