Anadil: Alimlər kainatın yaranmasına səbəb olan “Böyük partlayış”dan 470 milyon il sonra yaranan ən qədim qara dəliyi aşkarlayıblar.
ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) verdiyi yazılı açıqlamaya görə, astronomlardan ibarət araşdırma qrupu "Böyük Partlayış"dan yalnız 470 milyon il sonra meydana gələn bu günə qədər məlum olan ən qədim qara dəliyi kəşf edib.
Ceyms Vebb teleskopundan əldə edilən məlumatlara görə, kəşf edilən qara dəlik Yerdən 13,2 milyard işıq ili uzaqlıqdadır.
Tədqiqatçılar araşdırmaların nəticələrini "ilk kainatın daha böyük şəklini doldurmaq" üçün istifadə etməyi planlaşdırırlar.
Bu kəşflərin kainatdakı ilk superkütləvi qara dəliklərdən bəzilərinin necə əmələ gəldiyinə dair nəzəriyyələri təkmilləşdirə biləcəyi düşünülür.
Araşdırmaya töhfə verən Princeton Universitetindən Dr. Andy Qoulding qeyd edib ki, qara dəliklərin əmələ gəldikdən sonra nə qədər sürətlə böyüyə biləcəyinə dair fiziki məhdudiyyətlər var, lakin daha böyük doğulanların üstünlüyü var.
Yale Universitetindən astrofizik Priyamvada Natarajan bu kəşfi bəzi qara dəliklərin böyük qaz buludlarından əmələ gəldiyinə dair "indiyədək əldə edilən ən yaxşı sübut" olaraq xarakterizə edib və ilk dəfə olaraq superkütləli qara dəliyin qalaktikasındakı ulduzlar qədər ağır olduğu qısa bir mərhələsini gördüklərini vurğulayıb.
Araşdırma "Nature Astronomy" jurnalında dərc olunub.
Anadil.az