Anadil: Bu il noyabrın 7-də yazıçı Rəşad Səfər Azərbaycanın müstəqil ədəbiyyat təşkilatına - Azad Yazarlar Ocağına (AYO) yeni başqan seçilib.
Bundan başqa, AYO-nun fəaliyyətini canlandırmaq barədə qərar verilib və ilkin hədəflər müəyyənləşdirilib: İlkin hədəflər: təşkilatın qeydiyyata alınması, yeni üzvlərin cəlb edilməsi, yeni ədəbiyyat saytının yaradılması və "Alatoran" jurnalının dövri şəkildə çapının bərpası.
R.Səfər AYO-nun yeni başqanı seçildikdən sonra "Adəm utanmağı öyrəndi..." başlıqlı məqlaə qələmə alıb.
Həmin məqaləni təqdim edirik:
XXX
Son vaxtlar mədəni-siyasi həyatımızda baş verənlər AYO ideyasının niyə önəmli olduğunu bir daha göstərir. AYO hansısa təşkilat anlayışı ilə, üzvlərlə, üzvlərinin davranışı ilə, ya da aktiv olub-olmamaqla məhdudlaşmamalıdır. Təqribən 20 il ərzində çox insan bu ideyaya qoşulub, bir o qədər də bu ideyadan qopub. Burada önəmli olan ideyanın özüdür: Müəllifin Azadlığı. Özünüifadə ehtiyacı hiss etdiyi zaman bütün qadağa və çərçivələrdən azad şəkildə özünü ifadə etmək.
İstisnaları çıxmaqla, modern dövrə, yəni təqribən 17-18-ci əsrlərə qədər sənətçilərin özünüifadə dərdi yox idi. Yəni, buna əvvəlcədən qərar verib, özünü fərd olaraq ifadə arzusu ilə sənətə qurşanmırdılar. Yaratdıqları hər əsərdə, əlbəttə, öz dəsti-xətləri, öz izləri vardı. Amma bu, öz-özünə, təbii olaraq baş verirdi. Əvvəlcədən hamının təqribən gözlədiyi mövzular, janrlar vardı və sənətçilər daha çox üslub, forma üzərində yeniliklər edirdilər. Ona görə də rəsmlərinə, heykəllərinə, memarlıq layihələrinə həmişə bir "alıcı" tapırdılar. Bir növ, "təhlükəsiz həyat" zəmanəti vardı.
Amma fransız inqilabı ilə modern dövrün başlanması sənətçilərin həyatını əvvəlki zəmanətlərdən məhrum etdi. Aydınlanma, sənaye inqilabının yaratdığı imkanlar, elitanın zövqünün dəyişməsi sənətçi-elita-xalq üçbucağında sənətçini qeyri-müəyyənlik məqamına gətirdi. Artıq sənətçi öz zövqünə, yoxsa elitanın zövqünə uyğun davranmaq seçimi qarşısında qalırdı. Elitanın zövqünə özlərini uyğunlaşdıranlar daha zəmanətli həyat yaşayırdılar. Əvəzində, yaradıcı şəxsin gerçək duyğularını əks etdirməyən boz, süni əsərlər ortaya çıxırdı. Amma öz düşüncələrini azad ifadə etmək istəyənlər, azadlığı üstün tutanlar həmin dövrdən etibarən artıq rahatlıq zonalarını əbədi olaraq tərk etdilər. Əlbəttə, məsələnin başqa tərəfləri də var, geniş mövzudur. Müxtəsər, iki yüz ildir sənət adamları bu iki yoldan birini - azad olmaq, yoxsa özünü “yuxarıdakılara” (ya da hər hansı səbəbdən başqalarına) uyğunlaşdırmaq yolunu seçmək məcburiyyəti ilə üz-üzə qalırlar. Təkcə bizdə deyil, başqa ölkələrin sənət adamları da bu və ya digər formada oxşar yollardan keçirlər. Amma son iki yüz ilin sənət tarixi göstərir ki, daha çox azad olanlar, kölə təfəkküründən qurtula bilənlər həqiqi sənət dediyimiz əsərlər yarada bildilər. Xüsusilə də, ədəbiyyatda. Yazıçı deyilən, intellektual deyilən şəxslərin artıq gücünmü, yoxsa həqiqətinmi yanında dayanmalı olduğu ciddi müzakirə mövzusu deyil.
AYO, gec də olsa, uzun illərin təkyönlü ədəbi gedişatına alternativ yanaşma ortaya qoydu. İki yüz il öncə qərb sənətçilərinin qarşılaşdığı çətin seçim iyirmi il öncə ölkəmizin kiçik ədəbiyyat mühitinin qarşısına çıxdı: ya ənənəvi AYB yolu, dolanışıq, vəzifə, orden, mənzil vədləri, ya da ən ağır şərtlərlə qarşılaşmaq ehtimalı olan azad yazarlıq. Gələnlər, gedənlər, dözənlər, dözməyənlər oldu. Təbiidir. İnsanlıq halıdır. Amma AYO ideyası öz-özlüyündə məhv ola bilməz. Adı dəyişə bilər, üzvləri dəyişə bilər. Mahiyyət dəyişməyəcək. Həmişə ruhun azadlığına can atanlar və köləliyi üstün tutanların bölgüsü olacaq. Deməli, “ayoçuluq” da həmişə olacaq.
Ayoçuluqda mənzil gözləntisi, mənzil davası, mənzil məyusluğu olmayacaq. Büdcədən ayrılan pullar üstündə davalar getməyəcək. Tamada tərifləri, gözükölgəlilik olmayacaq. Özünü estetika və düşüncə olaraq azad hiss edənlər həmişə ayoçu olacaq.
Ayoçuluqda utanmaq ayıb sayılmır. Əksinə, köləliyə, maddi hərisliyə, təfəkkürün aqrarlığına, yaltaqlığa görə ciddi utanmaq hissi təşviq olunur. Adəm utanmağı çoxdan öyrənib. Azadlıq və sənət duyğusunu dadandan sonra geriyə dönüş çətin olur.
Anadil.az