“Qızıl qlobus” mükafatının qalibləri AÇIQLANIB

Anadil: İrlandiyalı aktyor Killian Mörfi “Oppenheymer” (2023) filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.

Amerikalı aktyor Robert Dauni isə “Oppenheymer” filmində ikinci planda ən yaxşı aktyor nominasiyasında həmin mükafatı alıb.

Bundan başqa “Ən yaxşı rejissor” nominasiyası üzrə “Oppenheymer”in rejissoru Kristofer Nolan qalib olub. Film ilk dəfə ötən ilin iyulun 21-də yayımlanıb və atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir.

"Oppenheymer" "Qızıl qlobus"un əsas nominasiyası olan "Ən yaxşı dram filmi" də daxil olmaqla beş mükafat qazandı.

“Ən yaxşı xarici film” nominasiyası üzrə “Düşmə anatomiyası” filmi, “Dram serialında ən yaxşı aktyor” nominasiyası üzrə Kiran Kalkin “Varislər” serialındakı roluna görə, “Miniserialda ən yaxşı ikinci plan aktyoru nominasiyası üzrə “Varislər” serialındakı roluna görə Metyu Makfadyen, “Televiziya filmi, serialı və ya miniserialında” ən yaxşı aktyor nominasiyası üzrə “Beef” (2023) mini serialındakı roluna görə Stiven Yeun, aktrisa Ali Vonq eyni layihədə iştirakına görə, “Komediya/Muziklda ən yaxşı aktrisa” nominasiyası üzrə Emma Stoun “The Down and Out” filmindəki roluna görə, Billi Ayliş “Barbie” filmindəki mahnısına görə, ən yaxşı cizgi filmi nominasiyası üzrə yapon rejissoru Hayao Miyazakinin “Oğlan və quş” filmi, “Kinematoqrafik və distribütor nailiyyətləri” nominasiyası üzrə “Barbie” filmi “Qızıl qlobus”a layiq görülüblər.

Xatırladaq ki, "Qızıl qlobus" mükafatı 25 kateqoriyada təqdim edilir. Onun ilk təqdimetmə mərasimi isə 1945-ci ildə baş tutub.


Anadil.az


Oxunub: 242
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR