Yeni tapılan qədim Mayya şəhərləri: öncə Qvatemalada, sonra Meksikada... - FAKTLAR, FOTOLAR

Meksikanın Yukatan yarımadasında arxeoloqlar sarayları, piramidaları və meydanları olan qədim Mayya şəhərinin qalıqlarını tapıblar.

Xarici media xəbər verir ki, ilkin hesablamalara görə, şəhərdə 600-cü ildən 900-cü illərə qədər yaşayış olub.

Dağıntılar Yukatan yarımadasında Merida yaxınlığında sənaye parkının yaradılması üzrə işlərin aparıldığı tikinti sahəsində aşkar edilib.

Qeyd edək ki, həmin memarlıq abidələrində VII—X əsrlərə məxsus (987-1194) klassik Mayya dövrünə aid Puuk üslubunun xüsusiyyətlərini görmək olar.

“Hesab edirik ki, burada müxtəlif sosial təbəqələrin nümayəndələri olan dörd min sakin yaşayırdı. Kahinlər və mirzələr saraylarda, adi insanlar isə kiçik tikililərdə yaşayırdılar”, - deyə arxeoloq Karlos Peraza vurğulayıb.

Tədqiqatçılar arxeoloji qazıntılar aparılan ərazilərə yaxın yerlərdə böyüklərin və uşaqların qəbirlərini də aşkarlayıblar. Onlar həmin dövrdə obsidian və çaxmaq daşından hazırlanan alətlərlə, eləcə də digər əşyalarla dəfn ediliblər.

Yeni tapılan qədim Mayya şəhərləri: öncə Qvatemalada, sonra Meksikada...  - FAKTLAR, FOTOLAR








Xatırladaq ki, bundan öncə, ötən ay Aalimlər Qvatemalanın ən böyük gölü olan Atitlanın dibində qədim Mayya şəhəri aşkarlamışdılar.

Mütəxəssislərin fikrincə, şəhər təxminən eramızdan əvvəl V əsrdə gölün akvatoriyasında yerləşən adada salına bilərdi. Ehtimal olunur ki, vaxt keçdikcə şəhər tektonik aktivliyin təsiri altında suyun dibinə gömülüb.

Tədqiqatçılar 12-20 m dərinlikdə mərasim mərkəzlərinin, evlərin, stelaların və digər tikililərin qalıqlarını aşkarlayıblar. Bu yöndə işlərin aparılmasında Argentina, Belçika, Qvatemala, İspaniya, Meksika və Fransadan sualtı tədqiqatlarla məşğul olan arxeoloqlar iştirak ediblər.



Onu da deyək ki, 2018-ci ildə də Qvatemalada, cəngəlliklərdə mayya sivilizasiyasına aid 60 mindən artıq tikilinin qalıqları aşkarlanmışdı.

Alimlər sensasiyalı tapıntını optik lokator olan lidar texnologiyası vasitəsilə tapmışdılar.

Lidar texnologiyası landşaftın aerofoto çəkilişlərindən sonra rəqəmsal formatda ağacların budaqlarını və yarpaqlarını "silməyə" imkan verir. Bu minvalla alimlər sıx ağacların altında evlərin, sarayların, yolların, terrasların və mürəkkəb irriqasiya sistemlərinin qalıqlarını üzə çıxarmışdılar.

"Şəkillərdə aydın görünür ki, bu bölgə indiyədək miqyası və əhalinin sıxlığı yetərincə dəyərəndirilməmiş yaşam məkanı olub", - ABŞ-dakı İtaka kollecinin əməkdaşı, arxeoloq Tomas Harrison həmin vaxt demişdi.

Bildirək ki, Harrison arxeoloji tədqiqatlar zamanı rəqəmsal texnologiyalardan istifadədə ixtisaslaşıb.

O, Qvatemalada mayya irsinin tədqiqatı və mühafizəsi ilə məşğul olan PACUNAM fondunun təşəbbüsü ilə gerçəkləşdirilən layihənin iştirakçılarından biri idi. Həmin layihə çərçivəsində alimlər Peten departamentindəki "Maya Biosphere Reserve" biosfer qoruğunun ərazisində 2100 kvadrat kilometri araşdırmışdılar.

Tuleyn Universitetinin professoru, arxeoloq Fransisko Estrada-Bellinin dediyinə görə, indiyədək mayyaların sayının maksimum 5 milyon nəfər olduğu güman edilirdi. "Yeni nəticələr isə mayyaların sayının 10-15 milyon nəfər olduğunu güman etməyə imkan verir. Onların əksəriyyəti ovalıq və bataqlıq bölgələrdə yaşayıblar", - F.Estrada-Belli demişdi.





Qədim mayyalar indiki Meksika, Beliz, Qvatemala, Salvador və Honduras ərazilərində yaşamışdılar.


Hazırladı:

Anadil
Oxunub: 307
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR