Azərbaycan kinosunda NÖVBƏTİ QALMAQAL: Bu filmə illərdir niyə lisenziya verilmir? - Ayaz Salayevə İTTİHAM

Anadil: Rejissor İlkin Yusifin ekranlaşdırdığı "Mən qəhrəman axtarıram” sənədli filmi ilə bağlı qalmaqal yaranıb.

Rejissor "min bir zəhmətlə ərsəyə gətirdiyi” filminə yayım hüququ ala bilmir. İlkin Yusif bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət edib. Nazirlik "Mən qəhrəman axtarıram” filmini Azərbaycan Respublikası Kino Agentliyinin Eskpertiza Şurasına göndərib. Şura üzvlərinin əksəriyyəti filmə lisensiya verməyib.

Kinoşunas Aygün Aslanlı isə bu məsələdə Əməkdar artist Ayaz Salayevi ittiham edib. Onun fikirincə, Ekspertiza Şurasının üzvlərinin bəziləri də Ayaz Salayevin filmlə bağlı mənfi rəyini dəstəkləyib.

Ayaz Salayev "Mən qəhrəman axtarıram” sənədli filminə mənfi rəy verdiyini təsdiqləyib:

"Kino Agentliyi Ekspertiza Şurasının bütün üzvlərini yığıb və bu filmi nümayiş etdirib. Ekspert Şurasının 10 üzvü var, onlardan biri də mənəm. Bu üzvlərin hər biri sözügedən filmə mənfi rəy verib, eləcə də mən. Bu, Kino Agentliyinin Ekspertiza Şurasının daxili söhbətləridir. Onu mətbuata kim yayıb? Bunun nəticəsinə cavabdeh Kino Agentliyinin rəhbərdir. Mən Kino Agentliyinin rəhbəri deyiləm, məndən niyə soruşursunuz? Filmə lisensiyanın verilib-verilməməsi onların səlahiyyətindədir. Mən məmur deyiləm, heç bir vəzifəm yoxdur. Bununla bağlı kim nə yaszırsa, mənlik deyil”.

Qeyd edək ki, "Mən qəhrəman axtarıram” filmi Azərbaycan sənədli kinosunda nadir olan "yol filmi” ( road movie) formatında çəkilib.


/Qaynaq: Qaynarinfo/


Anadil.az




Oxunub: 259
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR