Tarantino indiyədək qazancından anasına niyə bir qəpik də verməyib? - SƏNƏTKARIN SİRRİ

Məşhur amerikalı kinorejissor, Azərbaycan tamaşaçısının daha çox "Kriminal qarət" (1994) filmi ilə tanıdığı, lakin “Quduz köpəklər” (1992), “Şəfəqdən qüruba qədər” (1996) və “Billi öldürmək” (2003) kimi ekran əsərləri də kifayətb qədər məşhur olan, yaradıcılığı boyunca dövründə “Oskar” mükafatı, “Qızıl Palma Budağı”, “Qızıl Qlobus”, həmçinin Britaniya kino və televiziya incəsənətləri akademiyasının mükafatlarını qazanan Kventin Tarantinonun indiyədək qazancından anasına bircə qəpik belə vermədiyini bilirdinizmi? Yox?

Elə isə Anadil-in "Sənətkarın sirri" rubrikasından aşağıdakı yazını oxumağı məsləhət görürük.

XXX
Tarantino müsahibələrindən birində özü ilə bağlı həmin vaxtadək, demək olar, kimsənin xəbərdar olmadığı maraqlı bir faktı açıqlayıb.

O deyib ki, yeniyetməlik dövründə yazıçılıq karyerası ilə bağlı anasının sözlərindən inciyib. Buna görə gələcəkdə məşhur olacağı təqdirdə heç bir zaman anasına pul verməyəcəyini vəd verib və bu günə qədər də sözünün üstündə durub.

Elə həmin müsahibədə Tarantino ibtidai sinifdə ikən dərs zamanı ssenari yazmağa başladığını, lakin bunun ona müəllimlərlə problemlər yaratdığını deyib. Məşhur rejissorun sözlərinə görə, həmin vaxt müəllimləri onun hobbisini “üsyan” kimi qəbul edib.

Tarantino ilk ciddi ssenarisini 12 yaşında yazdığını, anasının isə oğlunun bu işindən narazı olduğunu bildirib. Onun sözlərinə görə, məktəbdəki problemləri anasını narazı salıb.

“Mənə qışqırdı... Və uzun tiradasının ortasında dedi ki, bu hazırlaşdığın yazıçılıq karyeran bir zibil deyil”, – deyə rejissor xatırlayıb.

Bundan sonra yeniyetmə Kventin qisas üçün plan hazırlayıb: “Ona dedim ki, uğurlu bir yazıçı olanda, qazandığımdan heç bir faiz də ala bilməyəcəksən. Sənin üçün nə ev, nə tətil, nə də “Cadillac” olacaq. Heç bir şey almayacaqsan”.

Tarantinonun sözlərinə görə, on illər sonra verdiyi vədə əməl edib. O, anasına yalnız bir dəfə – vergi orqanları ilə ciddi problemləri olanda kömək edib.

Qeyd edək ki, Tarantinonun anası Konni Makxyu Şimali Amerikanın aborigen (müəyyən ərazidə qədimdən məskən salmış yerli əhali) tayfalarındandır.


Anadil.az
Oxunub: 327
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR