Heç vaxt özümü öldürməmişəm... - Hədiyyə Şəfaqətin ŞEİRİ

Anadil Hədiyyə Şəfaqətin şeirini təqdim edir:

XXX

Nə daşıyır bir qadın ürəyində? -
Bir qucaq dolusu çiçək
Bir ovuc içi su..
Mən, doğrusu,
kor adamların yuxusu nə rəngdə olur,
eşitməmişəm...

Hər şeyə
Gözlərimin dibində bir damcı təbəssüm saxlayıram
sonuncu güllə kimi,
Ona görə kor adamların yuxusu kimiyəm
Ona görə heç vaxt özümü öldürməmişəm...

...Uzun dualara nə ehtiyac var?
Bəlkə də, Tanrının bir adı da Korluqdur...
Yəni,
demək istəyirəm ki,
Bax,
bu ağrıdır,
amma nə yaxşı sənin xəbərin yoxdur...
Yoxdur.
Niyə?
Bilmirəm...


Anadil.az



Oxunub: 268
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR