Ömrüm daşa, divara yox, bir yad səsin acısına dirəndi... - Tofiq Abdinin ŞEİRİ

Bu gün şair, publisist Tofiq Abdinin (1941, Qırmızıkənd, Neftçala rayonu – 24 fevral 2014, Bakı) doğum günüdür.

Anadil unudulmaz qələm adamının xatirəsini sayğı ilə anır və onun bir şeirini təqdim edir:

XXX

nə günəş isidir
nə panel evlər...
ömrümün bu çağını
belə düşünməmişdim
əlimdən tutan əl yox
bakının ən soyuq günündə
belə üşüməmişdim
bu itkilər diksindirmir insanları
bu itkilər insanlarçün itki deyil
bəs nədi
ömrüm daşa, divara yox
bir yad səsin acısına dirəndi
bu yazımı
yoxsa tale
daş bağlanmış ayağımdan çəkir geri
bir yerlərə çıxa bilsəm
unutsam bu günləri
bir daha qayıtmaram
bu günlərə, illərə
ki,
keçim namərd əllərə...


Anadil.az
Oxunub: 349
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR