Mənə bir məktub göndər, bilim ki, ölməmişəm... - Sabir Yusifoğlunun ŞEİRİ

Anadil Sabir Yusifoğlunun "Mənə bir məktub göndər" şeirini təqdim edir:

XXX

Susuzluqda su təki,
Bəlkə, yadına düşəm.
Mənə bir məktub göndər -
Bilim ki, ölməmişəm.

Səndən başqa bilən yox,
Dərdimə bir dərman yaz.
İki kəlmə nədi ki,
Ay gözünə qurban, yaz.

Çox yox, bir varaq göndər,
Vaxtın yoxsa, ağ göndər,
Əllərinin izini
Evimə qonaq göndər.

Bilim harda solursan,
Ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm.


Anadil.az
Oxunub: 267
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR