Kennedinin Xruşşovdan xahişini etdiyi şairin MƏŞHUR ŞEİRİ

Anadil Mahir N.Qarayevin çevirməsində Andrey Voznesenskinin məşhur "Mən – Qoyyayam!" şeirinin tərcüməsini təqdim edir:

XXX

Quzğun tək

çılpaq çölə enərək

mərmilərlə düşmənim

gözlərimi yerindən didib çıxarmış mənim.


Mən – dərdəm, müsibətəm.


Mən davanın, qırğının,

qırx birin qarı üstdə

kösövü tüstülənən şəhərlərin səsiyəm.


Mən – aclığam, qıtlığam.


Mən kimsəsiz meydanda

kilsə zəngindən betər

cəsədi yırğalanan

o dardakı arvadın dartılan boğazıyam...


Mən – Qoyyayam!


Qisas dağarcıqları!

Mən qərbə sarı

nalə-şivən kimi qəfil püskürən

bir vaxtsız qonağın külüyəm, külü!

Xatirə səmasına

ən sərt ulduzları çaldım mıx kimi...


Mən – Qoyyayam!

________________________________

Andrey Voznesenski kimdir?



1933-cü ildə Moskvada anadan olub.

Boris Pasternakın yetirməsi sayılır.

Sart, Haydegger, Pikasso kimi görkəmli şəxsiyyətlərlə yaxın əlaqələri vardı.

SSRİ zamanı ideoloji cəhətdən "zərərli" fikirlərinə görə təzyiqlərə məruz qalanda ABŞ-ın o zamankı prezidenti Con Kennedi Sovet İttifaqının rəhbəri Nikita Xruşşovdan buna son qoyulmasını xahiş eləmişdi.

2010-cu il iyunun 1-də Moskvada dünyasını dəyişib.



Anadil.az
Oxunub: 337
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR