Stalinin amansız repressiyalarını eşidib sarsılan ünlü fransız şairinin ÇOX SEVİLƏN ŞEİRİ

Anadil mərhum Hamlet Qocanın məşhur fransız şairi, yazıçısı və ictimai xadimi Lui Araqonun rus əsilli fransız yazıçısı olan həyat yoldaşı Elza Trioleyə yazdığı məşhur "Elza" şeirini təqdim edir:

XXX

Azadlıq üçün yarandıq
Yarandıq xoşbəxt olaq, -
şüşənin qar naxışı tək
tövbəkarın baxışı tək
Тorağay tək nəğmə deyək,
Hər baharda sevilək.
Azadlıq üçün yarandıq
Yarandıq xoşbəxt olaq, -

***
Qucaq-qucaq arzum vardı, -
Qanın coşar, qaynayardı.
Yazda, nəğmələr çağında
Yatmaz idin sən gecəni
Nəğmə gəzər dodağında
Şeytan da, tanrı da sevərdi səni...
Qucaq-qucaq arzum vardı, -
Qanın coşar, qaynayardı.

***
Mənim mehribanım, dəli ceyranım,
Gözəllikdən od alırdı bu canım,
Dodaqların qanımı coşdururdu,
Saçların qızıl tək bərq vururdu.
Yağışlı günlərdə odlu öpüşlər yağan
Dodaqların hərarəti nə oldu?
Mənim mehribanım, dəli ceyranım,
Gözəllikdən od alırdı bu canım...

***
Zaman keçir, keçir, keçir,
Sevənləri hədəf seçir,
Sevənləri tora salır
Özlərindən xəbərsiz.
Alınlara qırış salır,
Gözlərinin nurun içir.
Zaman keçir, keçir, keçir
Sevənləri hədəf seçir...


Anadil.az


_______________________________________

Lui Araqon kimdir?

1897-ci ildə Parisdə doğulub. Sorbonna Universitetində tibb təhsili alıb, Birinci Dünya müharibəsinin (1914–18) iştirakçısı olub. Fransa Kommunist Partiyasının rəhbərliyində təmsil edilib. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərib ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq eləyib . Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası", 1924) yazıb. 1930-ciu illərdən etibarən sosializm ideyalarını təbliğ edən əsərlər yazıb. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirib. "Sovet ədəbiyyatları" (1955) kitabının "Şərq-Qərb divanı" zəruriyyəti haqqında" fəsli Azərbaycan ədəbiyyatına həsr olunub.

1982-ci ildə vəfat edib.


Anadil.az




Oxunub: 403
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR