Pikassonun İTKİN TABLOSU keçmiş diktatorun arvadındadır? - Qalmaqalın TƏFƏRRÜATI + FOTOLAR

Dahi rəssam Pablo Pikassonun (1881, İspaniya – 1973, Fransa) məşhur tablolardan biri xeyli vaxtdır qeybə çəkilib.

Anadil-in məlumatına görə, bu yaxınlarda isə Filippinin keçmiş diktatoru Ferdinand Markosun oğlu kiçik Ferdinand anası İmeldanı ziyarət edərkən çəkilən bir foto mübahisələrə səbəb olub.

Həmin fotoda divardan asılan bir rəsmin məhz Pikassonun itkin tablosu olduğu ortaya çıxıb. Lakin məlum deyil ki, bu həmin tablonun orijinal variantıdır, ya yox.

Pikassonun İTKİN TABLOSU keçmiş diktatorun arvadındadır? - Qalmaqalın TƏFƏRRÜATI  + FOTOLAR


Markos ailəsinə yaxın şəxslər tablonun saxta olduğunu bildiriblər. Həmçinin rəsmi orqanlar da rəsmin orijinal olmadığını deyiblər. Lakin bütün bunlar da mübahisələri səngitməyib. Hazırda keçmiş diktatorun həyat yoldaşının evindəki tablonun orijinal, yoxsa saxta olmasını mütəxəssislərin dəqiqləşdirməsinə imkan verilməsi barədə çağırışlar edilir.



Xatırladaq ki, diktator Makros 1960-80-ci illərdə hakimiyyətdə olub. 1986-cı ildə növbəti dəfə prezidentliyini elan etsə də, bu, kəskin etirazlarla qarşılanıb. Nəticədə Havay adasına qaçmalı olub.

Bu ilin mayında isə onun oğlu keçirilən prezident seçkilərində qalib gələrək prezident kürsüsündə əyləşib. Oğul Markos 58,92 faiz səslə qələbə qazanıb.

Qəddarlığı ilə ad çıxarmış ata Makrosun hakimiyyəti zamanı onun arvadı və digər yaxınları təxminən 10 milyard dollar mənimsəyiblər. Bu səbəbdən sonralar Makros ailəsinin sərvəti məhkəmə yolu ilə müsadirə olunub.


Keçmiş diktator Ferdinand Makros həyat yoldaşı İmelda ilə birgə


Anadil.az
Oxunub: 195
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR