Eyni adamlarıq elə, ayrı-ayrı bədənlərdə... - Mahir Mehdinin ŞEİRİ

Anadil Mahir Mehdinin şeirini təqdim edir:

XXX

...İki notu birləşdirdin,
bir səs
çatışmadıq xorda...
Gedib elə yerə çıxdıq,
olmadıq
özümüz orda.


Boyumuzla bir eləyib,
ölçü qoyduq
hündürlərə...
Soyunub,
öz sifətindən
özgə üzdə çıxdı hərə.

Olduğumuz gerçək deyil,
gerçək kimi görünməkdi...
Təkimiz
cüt-cütdü bizim,
cütlüyümüz də
tək-təkdi.

Bu Yer üzündən qıraqda
yoxdu
normal çəkimiz də...
Çəkildiyimiz fotoda
bir düşürük
ikimiz də.

Axtarırıq üzümüzü
gələnlərdən gedənlərdə...
Eyni adamlarıq elə,
ayrı-ayrı
bədənlərdə.


Anadil.az


Oxunub: 636
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR