Onları niyə buz nəhəngləri adlandırırlar? - İKİ PLANETİN SİRRİ

Anadil: Bizdən - Yer kürəsindən milyardlarla kilometr uzaqda olan Uran və Neptun planetləri niyə buz nəhəngləri adlanır?

Uran Günəş sisteminin yeddinci halqasında yer tutur. Günəşdən uzaq olduğu üçün ondan yayılan istiliyi də çox az ala bilir. Atmosferi hidrogen və helium kimi yüngül qazlardan ibarətdir. Tərkibində az miqdarda metan var. Uran planetində qalın və sıxılmış buz təbəqəsi mövcuddur. Həmin təbəqə su, ammonyak və metan kimi donmuş kimyəvi maddələrdən ibarətdir.

Maqnit sahəsinə görə Uran Günəş sistemində digər planetlərlə müqayisədə düz deyil, çox əyilmiş ox üzərində fırlanır. Həm Günəşdən çox uzaq məsafədə olduğu, həm də oxun əyri fırlanması səbəbindən müvafiq bucaqlarda günəş işığı qəbul edə bilmədiyi üçün Uran planetindəki buzlar ərimir.

Günəş sisteminin ən uzaq planeti olan Neptunun da atmosferi Uranınkına bənzəyir. Hidrogen, helium və metan kimi qazlardan ibarətdir, üstəlik, səthi bu qazlarla qarışıq su ilə amonyak üstünlüklü buz təbəqəsilə örtülüb.

Nüvəsinin ölçüsü təxminən Yer kürəsinə bərabər olan Neptunun - nəhəng buz kütləsinin fırlanması planetin Günəş sistemindəki ən güclü maqnit sahələrindən birinə malik olması ilə bağlıdır.

Uran və Neptun qaz nəhəngləri kimi möhkəm səthə malik olmayan, tərkibində böyük ölçüdə müxtəlif qazlardan ibarət buz nəhənglərilə digər planetlərdən fərqlənir. Onlar buzdan ibarət olsalar da, səthləri çox sərt deyil. Çünki buzlar yüksək temperaturlu nüvənin üzərində toplanıb.

Qeyd edək ki, Günəş sistemindəki buz nəhəngləri olan Uran və Neptuna “Voyager-2” adlı pilotsuz kosmik gəmi gedib və müşahidələri qeyd edib.


/Qaynaq: TRT/


Anadil.az



Oxunub: 164
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR