Özünü Sena çayında boğan məşhur şairin şeiri: "İlahi, yanındayıq, çatar, uzatsan əlini..."

Yəhudi əsilli rumın şairi Paul Tselan (1920 - 1970) II Dünya müharibəsindən sonrakı Avropa şeirinin ən görkəmli nümayəndələrindəndir.

Yaradıcılığa 1930-cu illərin sonlarında başlayan Tselan Savaşın müharibə illərində 18 ay əsir düşərgəsində saxlanılıb.

İlk kitabı da elə savaş illərində (1944) işıq üzü görüb.

1948-ci ildə Parisə köçüb və 7 il sonra Fransa vətəndaşlığı alıb.

1958-ci ildə Bremen ədebiyyat mükafatına layiq görülüb.

1963-cü ildə psixi xəstəxanaya yerləşdirilib.

1970-ci ilin aprelində özünü Sena çayına ataraq intihar edib və cəsədi təxminən 10 gün sonra, mayın 1-də tapılıb.

Ölümündən sonra şeirləri daha böyük məşhurluq qazanıb.

Anadil.az tanınmış tərcüməçi Fərican Yarenin çevirməsində Paul Tselanın “Tenebrae" şeierini təqdim edir.


Yanındayıq, İlahi, yanındayıq.

Çatar, uzatsan əlini.

Elə yaxınıq ki, sənə, İlahi,

Bir zəncirin halqaları kimi iç-içə.

elə bil hər birimizin bədəni

Sənin bədənindir, İlahi.

Çoxlu dua elə, İlahi,

Dua elə bizə.

Axı yanındayıq.

Tən, dürüst getmədik bu yolu,

Getdik biz, qabağında

O teştin, məlun vulkanın

Əyilək, təşnəmizi yatıraq.

Qan idi içdiyimiz.

Sənin axıtdığın

Qıpqırmızı qan idi, İlahi.

Elə bərq vururdu, İlahi.

Surətin qamaşdırmışdı gözlərimizi.

Ağzın açıq, gözlərin bomboş idi, İlahi.

Təşnəmizi yatırdıq, İlahi.

İçdik onu, çəkdik canımıza

surətinə hopmuş o qanı.

Biz yanındayıq,

Səninləyik, İlahi.

Əsirgəmə duanı...


Anadil.az
Oxunub: 215
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR