Seymur Baycanın YENİ KİTABI - "Mənasız hekayələr"

Azərbaycanın ən çox oxunan yazıçısı Seymur Baycanın yeni kitabı çapdan çıxıb.

Anadil xəbər verir ki, "Mənasız hekayələr" adlanan kitab "Qanun" nəşriyyatında işıq üzü görüb.

Kitabdakı hekayələr hamımızın dəfələrlə görüb, lakin fikir vermədiyi detallarla doludur. Bu detallar bir-birinin içindədir və bir-birindən asılıdır.

“Mənasız hekayələr”də həyatın şablonları üzərində qurulmuş absurd situasiyalarda müəllifin oxucudan kon­­kret nə istədiyi bilinmir. Bu hekayələrin qəhrəmanları da özlərinin kim olduqlarını axıra qədər dərk etmirlər və əslində, həyatın şablonlardan ibarət olma­sı ilə barışırlar.

Seymur Baycanın YENİ KİTABI - "Mənasız hekayələr"



Anadil.az
Oxunub: 484
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR