"Susmağım əslində etirafımdır" - Ov itlərinə parçaladılan yunan müdrikinin ƏN YAXŞI 15 SÖZÜ

Qədim yunan ədəbiyyatının görkəmli nümayəndəsi Evripid (M.ö. 480 – M.ö. 406) faciə janrında 92 əsər yazmış, onlardan yalnız 19-u günümüzədək gəlib çatmışdır. Ən məşhur faciələri "Alkesta" və "Medeya"dır.

Onun yaradıcılığı öz realizminə və tənqidi məziyyətlərinə görə bu janrın digər iki qədim nümayəndəsinin – Esxil və Sofoklun əsərlərindən kəskin fərqlənir.

Tanrılara hörmətsizlik etdiyi üçün xalqın qəzəbinə düçar olan, odur ki M.ö. 408-ci ildə Afinanı tərk edərək Makedoniya çarı Arxelausa sığınan Evripid onun tərəfindən hörmətlə qarşılanmış, ömrünün sonrakı 18 ayını dinclik içində yaşamışdı.

Ölümü barədə məlumatlar təzadlıdır, bununla bağlı ən geniş yayılmış versiya isə belədir: Makedoniya çarının sarayındakı bəzi əyanlar Arxelausun ona hədsiz hörmətini və rəğbətini qısqanclıqla qarşılayıblar, ona görə də Evripidi ov itlərinə parçaladıblar.

Lakin bir çoxları həmin versiyanı uydurma adlandırırlar. Onların fikrincə, bu, faciə ustasına qəzəbi heç cür soyumayan qədim yunanların Evripidi aşağılamaq üçün qondardıqları mifdən başqa bir şey deyil.

Anadil.az Evripidin fikirlərindən seçmələri təqdim edir:

*Yaxşılar həmişə azdır.

*Yaxşı ölməkdənsə pis yaşamaq üstündür.

*Sonsuzadək sevməyən aşiq deyildir.

*Həyat qısadır, bu səbəbdən də çox şey arzulayan insanlar ondan zövq ala bilməzlər.

*Ədalətsizlik ədalətə qalib gələcəksə daha tanrılara inanmamalıyıq.

*Şans həmişə ağıllı adamların cəbhəsində döyüşür.

*Köləlik – düşündüklərini söyləməməkdir.

*Dünyada hər kəs inanclıdır, sadəcə, hər kəs bir cəfəngiyyata inanır.

*Susmağım əslində etirafımdır.

*Əsəbi olarkən bir şeyə qərar vermək fırtınalı havada yelkən açmaq kimidir.

*Tanrı bir insanı yox etmək istəyəndə əvvəlcə onun ağlını alır.

*Köhnə əzablara yeni göz yaşları tökməyin.

*Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı varlıq yoxdur.

*Tanrılar qəzəblərində insanlara oxşamamalıdırlar.

*Müdriklik – açıq danışmaqdır, eyhamlarla yox!


Hazırladı:

Anadil.az
Oxunub: 269
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR