O dönürdü xaç şəkilli bir cüt mələk qanadına... - Pasternakın MƏŞHUR ŞEİRİ

Anadil şair, yazıçı, tərcüməçi Zahid Qaratorpağın çevirməsində yəhudi əsilli məşhur rus şairi və yazıçısı Boris Pasternakın (1890 - 1960) məşhur "Qış gecəsi" şeirini təqdim edir:

XXX

Ağarırdı, ağarırdı yer üzü,
ağarırdı başdan-başa.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam.

Yayda hünü beçələri
necə ki oda çırpılar –
Pəncərənin işığına
çırpılırdı yağan qar.

Aynalarda iz qalırdı
Ürəyə, oxa oxşar.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam.

Çarpazlaşan əl-ayağın,
Çarpazlaşan talelərin
İşıqlaşmış tavan boyu
Uzanırdı kölgələri.

Bir cüt başmaq düşürdü
Döşəməyə ahəstə.
Axırdı şamın göz yaşı
Bir qadın donu üstə...

Qarlı çəndə itirdi
Ağ da, boz da hər axşam.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam...

Hər dəfə çəkilən ah
Dəyincə şamın oduna;
O dönürdü xaç şəkilli
bir cüt mələk qanadına...

Yer üzü fevral boyunca
Ağarırdı başdan-başa.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam...


Anadil.az


Oxunub: 290
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR