Yapon şairlərinin ürəyinə toxunan ağac... - Sevinc Elsevərin ŞEİRİ

Anadil Sevinc Elsevərin "Sakura ağacıyla tanışlıq" şeirini təqdim edir:

XXX

Şəhərimizə təzə köçən

sakura ağacının yanında

mədəni aparmağa çalışıram özümü

gülümsəyirəm

üzümdə qonaqpərvər ev sahibəsinin ifadəsi

budaqlarına ehtiyatla toxunub salamlaşıram

çiçəklərini heyranlıqla qoxlayıram.


Oxuduğum haykularda

Yapon şairlərinin ürəyinə toxunan ağacla

foto çəkdirirəm

yadigar qalsın


bu ağac mənim şəhərimdə də xoşbəxt olsun

deyirəm ürəyimdə...


Anadil.az


Oxunub: 374
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR