Google-nin “Təhlükəsizlik Kraliçasi”: Pərisa Təbriz

Anadil: Google tərəfindən Təhlükəsizlik Kraliçasi adlandırılan Güney Azərbaycandan Pərisa Təbriz Cəmiyyətin ən önəmli fiqurlarından biri hesab olunur.

Onun və komandasının əməyi nəticəsində 1 milyardan artıq Google Chrome istifadəçiləri internetdə axtarış şəbəkəsi Chrome-dan arxayınca istifadə edə bilirlər.

TechCrunch saytının bildirməsinə istinadən xanım Pərisa Təbriz Çikaqo şəhərində boya-başa çatıb. Atası Güney Azərbaycandan olan təbrizli bir həkim, anası ilə polşalı tibb bacısıdır.

O, kiber təhlükəsizlik üzrə mütəxəssis olaraq Google tərəfindən Təhlükəsizlik Kraliçasi titulunu qazana bilib. Həmin sayt əlavə edib ki, 31 yaşlı Pərisa Silikon Vadisi (Silicon Valley) və texnologiya dünyasının qeyr-adı fenomenidir.

Silikon bütün elektron çiplərin əsas xammalı olduğu üçün dünya üzrə önəmli texnologiya şəbəkələrinin yerləşdiyi bölgə məhz ''Silikon Vadisi'' adlandırılır.

Pərisa Təbrizin təsdiqi olmadan Google Şirkəti təhlükəsizlik sektoruna heç bir yeni mühəndis cəlb etmir.

Google-nin “Təhlükəsizlik Kraliçasi”: Pərisa Təbriz


Forbes qəzeti 2012-ci ildə onun adını dünya üzrə ''30 yaşdan aşağı 30 yüksək mütəxəssis'' siyahısına salıb.

Həmçinin Vayrd (Wired) jurnalı 2017-ci ildə onu texnologiya ilə məşğul olan ən yüksək 20 nəfər sırasında yerləşdirib.

Habelə ticarət üzrə Fortun (Fortune) jurnalı 2018-ci ildə Pərisa Pərvinin adını dünya üzrə gənclərə nümunə olan 40 yaşdan aşağı 40 texnologiya mütəxəssisi siyahısına salıb.


/Qaynaq: Günaz TV/


Anadil.az


Oxunub: 339
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR